1 Eylül 2016 Perşembe

Önsöz

Önsöz

(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.
(Sad surəsi, 29)
Din əxlaqından uzaq olan cəmiyyətlərdə çox vaxt doğrular yanlış, yanlışlar isə doğru olaraq tanıdılır. Allahın məmnun olmayacağı, xətalı bir rəftar təqdir və təşviq olunarkən, gözəl bir rəftar son dərəcə adi qarşılana bilər, hətta tənqid belə edilə bilər. Yanlış və doğruların bir-birinə qarışması, dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez rast gəlinən, hətta ümumi quruluşu meydana gətirən bir vəziyyətdir.
Romantizm də "doğru" zənn edilən səhvlərdən biridir. Romantizm cahiliyyə cəmiyyətlərində şəfqətli, yaxşı insanlara xas, gözəl bir xüsusiyyət kimi göstərilir. Halbuki bir insanın qarşılaşdığı hadisələrə romantik yanaşması, kitab boyunca ətraflı şəkildə araşdıracağımız kimi, hər istiqamətdən son dərəcə təhlükəlidir. Çünki romantizm insanlar üçün əhəmiyyətli və həyati xüsusiyyətlərdən biri olan "ağlı" tamamilə sıradan çıxarır.
Bu kitabda romantizm kimi bir mövzunun işlənməsindəki məqsədimiz təhlükəsiz kimi əks etdirilən, amma əslində insanlara hədsiz zərərlər verən bir mövzuya diqqət çəkməkdir. Sadə bir xüsusiyyət zənn edilən romantizmin istər cəmiyyətlər, istərsə də fərdlər üçün nə qədər ciddi bir təhlükə olduğunu göstərməkdir. Bu təhlükədən xilas olmağın nə qədər asan olduğunu Allahın bütün insanlara göndərdiyi bir rəhbər olan Qurana əməl olunduğu zaman insanın duyğularının ağlının önünə keçə bilməyəcəyini nümunələrlə göstərməkdir.

Giriş

Giriş

Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər.
(İsra surəsi, 64)
İnsanları din əxlaqından uzaqlaşdıran, Rəbbimiz olan Allaha qulluq etməkdən çəkindirən, onların başına saysız-hesabsız bəlalar gətirən hiyləgər bir təhlükə vardır. Bu təhlükə həyatın müxtəlif sahələrində, müxtəlif hadisələrlə qarşımıza çıxa bilər. Bəzən bir faşistin yumruğu, bəzən bir kommunistin söylədiyi marş, bəzən də sevdiyi qıza eşq məktubu yazan bir gəncin sözləri bu təhlükədən qaynaqlana bilər.
Bu təhlükənin ən əhəmiyyətli istiqaməti isə insanların böyük bir hissəsinin bunu bir təhlükə olaraq görməməsidir. Bunun Quran əxlaqına tamamilə zidd bir ruh halı olduğunu isə çox az insan dərk edir. Hətta insanların bir çoxu bu ruh halını bir təhlükə və səhv deyil, təqdir edilməli və yaşanması lazım olan bir üstünlük kimi görürlər.
Bu təhlükə insanları ağıllarına görə deyil, hisslərinə, yəni ehtiraslarına, əsəblərinə, zəifliklərinə və inadlarına görə yaşamağa yönəldən duyğusallıqdır.
Duyğusallıq - dünyada yüz milyonlarla insanı təsiri altına almış bir cahiliyyə mədəniyyətidir. Əslində, şeytan tərəfindən insanları Allahın yolundan sapdırmaq üçün istifadə edilən silahlardan biridir. Çünki duyğusallığın pəncəsinə düşmüş insan ağlından istifadə edə bilmir. Ağlından istifadə etmədiyi zaman isə nə özünü yaratmış olan Allahı təqdir edə bilər, nə Onun dəlilləri və hikmətləri üzərində düşünə bilər, nə də Quran əxlaqının incəliklərini qavrayıb yaşaya bilər. Çünki din əxlaqının yaşanması ağılla mümkündür və Allah Quranı "onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün"nazil etmişdir. (Sad surəsi, 29)
Qısacası, duyğusallıq xəstəliyi müalicə edilmədən bir insanın dini həqiqi mənada qavraması və yaşaması mümkün deyil. Duyğusallıq xəstəliyi müalicə edilmədən dünyadakı saysız qarşıdurmaların, insanların bir-birlərinə qarşı etdikləri zülmün, səbəbsiz ağrı-acı və təcavüzkarlığın da ortadan qalxması mümkün deyil.
Bu səbəbdən kitabda duyğusallıqdan bəhs edəcək, bu cahiliyyə mədəniyyətinin yaxın tarixdəki və gündəlik həyatımızdakı bəzi nümunələrini araşdıracağıq. Heç kimin özünü bu təhlükədən uzaq görməməsi və şeytanın hər insanı çəkməyə çalışdığı bu bataqlığa qarşı hər kəsin diqqətli olması lazımdır.

Halal və Halal Olmayan Sevgi

Halal və Halal Olmayan Sevgi

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz)...
(Mumtəhinə surəsi, 1)
Duyğusallıq, yəni başqa sözlə desək, romantiklik çox vaxt "sevgi" duyğusu adı altında öz təsirini göstərir. Məsələn, sonrakı səhifələrdə araşdıracağımız romantik radikal milliyyətçilər öz millətlərini çox sevdiklərini söyləyərək başqa millətlərə qarşı kin bəsləyir və hətta təcavüzkarlıq göstərirlər. Və ya bir gənc qıza aşiq olan, onu həyatının yeganə məqsədi hesab edən, "sənə aşiqəm" deyərək şeirlər yazan və hətta intihara cürət edəcək şəkildə irəli gedərək bu gənc qızı "ilahlaşdıran" bir gəncin "sevgi" anlayışıdır. Homoseksuallar, yəni Allahın haram etdiyi bir azğınlığı həyasızca və israrla tətbiq edən insanlar da "sevgi"ni bir-birlərində tapdıqlarını söyləyirlər.
İnsanların əksəriyyəti isə "sevgi" adı verilən hər duyğunun həmişə doğru, təmiz, hətta müqəddəs olduğunu zənn edir və yuxarıda saydıqlarımıza bənzər romantizm nümunələrini məqbul görürlər.
Əlbəttə ki, sevgi Allahın insana bəxş etdiyi gözəl bir duyğudur. Amma əhəmiyyətli olan bu sevginin kimə və hansı düşüncələrlə bəsləndiyi, yəni əsl sevgi olub-olmadığıdır. Duyğusallığın gətirib çıxartdığı azğın sevgi anlayışı ilə Allahın bizə Quranda öyrətdiyi həqiqi sevgi anlayışı bu nöqtədə bir-birindən ayrılır.
Bu mövzuları kitabın içində araşdıracağıq. Ancaq əvvəlcə, Qurana görə sevginin meyarını açıqlayaq: Qurana görə sevgi ona layiq olanlara göstərilir. Sevgiyə layiq olmayanlar isə sevilməz. Hətta onlara "buğz" edilər, yəni qəlbən soyuqluq duyular. Sevgiyə layiq olan isə sahib olduğu əxlaqa görə müəyyən olunur.
Mütləq sevgiyə layiq olan tək varlıq, hamımızın yaradıcısı olan Allahdır. Allah bizi var etmiş, saysız nemətlərlə ruziləndirmiş, bizə yol göstərmiş və əbədi cənnəti vəd etmişdir. Hər cür çətinliyimizdə O bizə kömək edir, hər səmimi çağırışımıza O cavab verir. Bizi O doyurur, xəstələndiyimizdə bizə O şəfa verir, qəlbimizi O qurtuluşa qovuşdurur. Bu səbəbdən kainatın sirrini qavrayan insan hər şeydən çox Allahı sevir. Sonra da Allahın sevdiklərini, yəni Allahın rizasına uyan saleh insanları sevir.
Digər tərəfdən, Allaha qarşı isyankar olanlar, Rəbbimizə üsyan edən nankorlar isə sevgiyə layiq deyillər. Bu insanlara qarşı sevgi bəsləmək doğru deyil və Allah bu mövzuda iman edənləri belə xəbərdar edir:
Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz). Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizlində mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar. (Mumtəhinə surəsi, 1)
Ayədən göründüyü kimi, iman edənlər inkarçılara qarşı sevgi bəsləməzlər. Ancaq burada əhəmiyyətli bir nüansı xatırlatmaqda fayda vardır. Mömin dini inkar edən bir insana qarşı ürəyində bir sevgi duymasa da, o insanın iman etməsi, müsəlman olması üçün əlindən gələn hər şeyi edər. Yəni, burada bəhs edilən "sevgi bəsləməmək" vəziyyəti qarşıdakı insana hirslənmək, onun yaxşılığını istəməmək mənasını verməz. Əksinə, Allaha iman edən bir insan öyüd ala biləcək, doğru yolu tapa biləcək hər insana dini təbliğ etmək, cənnətin və cəhənnəmin varlığını xatırlatmaq, ölüm və hesab günü ilə qarşı tərəfi xəbərdar edib qorxutmaq vəzifələrini əksiksiz olaraq, şövqlə yerinə yetirər.
Onun bütün səyinə baxmayaraq, bir insan iman etməsə də, yenə müsəlmanın ədalətli rəftarında bir dəyişiklik olmaz. Möminlərə zərər verməyə, insanlar arasında təxribatçılıq və qarışıqlıq çıxarmağa cəhd etmədiyi müddətdə hər insana qarşı xoş münasibət bəsləyər. Çünki Allah möminlərə belə əmr etmişdir:
Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kim¬¬sələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır. (Mumtəhinə surəsi, 8-9)
Bu ayələrdə və yuxarıda misal olaraq verdiyimiz Mumtəhinə surəsinin 1-ci ayəsində Allah bizə bir çox hikmətlə birlikdə əhəmiyyətli bir dünyagörüşü də öyrədir: insanın duyğuları onu istiqamətləndirməməlidir. Çünki duyğular insanı son dərəcə yanılda bilər. İnsanın duyğularına görə deyil, ağlına və iradəsinə, Allahın əmrlərinə görə hərəkət etməsi, duyğularını da ağıl və iradə ilə tərbiyə etməsi lazımdır.
Bunu duyğusallıq bataqlığına düşmüş hər insanın həyatında görə bilərik. Ürəyindəki istək, ehtiras, nifrət və ya əsəb kimi duyğulara əsir olmuş yüz milyonlarla insan ağıla zidd olan işlər görərək və bunu da "nə edim, sevirəm də" və ya "nə edim, çox istəyirəm, içimdən gəlir" kimi çarəsizlik dolu sözlərlə müdafiə edərlər. Halbuki bir şeyin insanın "içindən gəlməsi", o şeyin doğru və qanuni olması demək deyil. İnsanın nəfsi ona daim pisliyi əmr edir, şeytan da onu daha böyük pisliklərə itələyir. "Nə edim, içimdən gəlir" deyərək Allahın rizasına zidd işlər görən insan əslində, nəfsinin və şeytanın oyuncağı olmuşdur. Allah bu insanlardan Quranda belə danışır:
Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli )elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)
Sonrakı səhifələrdə duyğusallığın bir növü olan yüksək dərəcəli romantizmin müxtəlif nümunələrini araşdıracaq, bunların insanlara verdiyi zərərdən bəhs edəcək və necə müalicə ediləcəklərini açıqlayacağıq.

Romantik Milliyyətçilik

Romantik Milliyyətçilik

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə (mənəvi )rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu....
(Fəth surəsi, 26)
Romantizm - insanlar arasındakı romantik əlaqələrə əsaslanan bir anlayışdır. Bununla yanaşı, romantizm siyasi ideologiyaların bəziləri ilə də yaxından əlaqədardır. Bunların başında isə XIX əsrin sonlarında meydana gələn və XX əsrin ortalarına qədər dünyada geniş vüsət alan "romantik milliyyətçilik" durur.
Qeyd etmək lazımdır ki, tənqid edəcəyimiz anlayış milliyyətçilik deyil, "romantik milliyyətçilik"dir. Bunların arasındakı fərq isə çox böyükdür.

Cahiliyyə Lovğalığı

Milliyyətçilik - bir insanın aid olduğu milləti və yaşadığı vətənini sevməsi deməkdir. Bu, gözəl bir duyğudur. Dinə zidd bir istiqaməti olmadığı kimi, insanlığa zərər verən bir təsiri də yoxdur. Bir insanın anasını və atasını sevməsi necə bir duyğudursa, onu yetişdirən, eyni inanc və mədəniyyətə sahib olduğu millətini sevməsi də elə bir duyğudur. Məsələn, Türk Milliyyətçiliyi belə gözəl bir duyğudur: heç kim arasında din, dil, irq ayrı-seçkiliyi etmədən hər kəsi əhatə edir.
Milliyyətçilik duyğusunun qeyri-qanuni hala gəlməsi isə bu sevginin ehtirasa çevrilməsi ilə baş verir. Bir insan millətini sevərkən digər millətlərə qarşı səbəbsiz yerə kin bəsləyirsə, yəni öz millətinin mənfəətləri üçün digər millətlərin və xalqların haqlarını tapdalayırsa, onların torpaqlarını ələ keçirməyi, mallarını talamağı hədəfləyirsə, bu, milliyətçilik duyğusunun qeyri-qanuni bir həddə gəlməsi deməkdir. İnsan öz millətinə olan sevgisini irqçiliyə çevirəndə, yəni öz millətinin digərlərindən üstün olduğunu iddia edən zaman qeyri-qanuni bir fikir yürütmüş olur.
Bu qatı milliyyətçiliyə Allah Quranda diqqət çəkir. Ayələrdə "cahiliyyə lovğalığı" olaraq təsvir edilən bu düşüncə cahiliyyənin (dindən uzaq cəmiyyətlərin) bir xüsusiyyəti olaraq izah edilir:
Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə (mənəvi )rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)
Diqqət yetirilsə, ayədə "cahiliyyə lovğalığı"ndan bəhs edilir. Allahın buna qarşı möminlərə rahatlıq və təqva duyğusu verdiyi bildirilir. Öz cəmiyyətinə (tayfasına və ya millətinə) istiqamətlənən sevgisi nəticəsində təcavüzkar olan insanların rəftarlarının qeyri-qanuni olduğu məlum olur. Allah buna qarşı möminlərin rahat və təqvalı olmasını diləyir. Başqa sözlə desək, Allahın möminlər üçün bəyəndiyi hal “ağlı başında olan” bir insanın ruh halıdır.
Cahiliyyə lovğalığına qapılmaq isə “ağlı başında olan” insanın ruh halını ortadan qaldırır və onları dilləri, rəngləri və ya cəmiyyətləri ayrı olduğu üçün bir-birlərinə düşmən edir.
Allahın 1400 il əvvəl Quranda təsvir etdiyi cahiliyyə lovğalığını bu gün dünyanın hər tərəfində görmək mümkündür. Afrikada müxtəlif qəbilələrdən olduqları üçün bir-birləri ilə düşmənçilik edən insanlar vardır. Avropada bir futbol qarşılaşmasını silahlı qarşıdurmaya çevirən və qarşı ölkənin tərəfdarını, sırf o tərəfdən olduğu üçün ölənə qədər döyən "xuliqanlar" vardır. Qərb dünyasında zəncilərə, yəhudilərə, türklərə, afrikalılara və ya başqa millətə qarşı nifrət və kin bəsləyən, onlara qarşı terror əməliyyatları təşkil edən, bu məqsədlə təşkilatlar quran qruplar var.
Cahiliyyə lovğalığı yalnız aşağı siniflərə deyil, bir çox ölkənin ən üst təbəqəsinə də təsir edir. Sadə bir sərhəd anlaşılmazlığını bəhanə edərək, təcavüzkarlıq instinktlərini təmin etmək üçün bir-birləri ilə vuruşan, bu müharibələri illərlə inadla davam etdirən, həm öz xalqlarını, həm də qarşı ölkənin xalqlarını səfalətə salan bir çox ölkə vardır. Bu cür insanlar cahiliyyə lovğalığının təsiri altındadırlar. Hər biri ayədə təsvir edildiyi kimi, "öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapılan" cahillərdir.
Bu cahillərə XX əsrin ən böyük iki fəlakəti olan I və II Dünya müharibələrini hazırlayan və icra edənlər də daxildir. "Alman qəhrəmanlığı", "İngilis qüruru", "Rus cəsarəti" kimi romantik anlayışların təsirinə qapılaraq həm öz millətlərinə, həm də bütün dünyada böyük fəlakətlər törətmiş, iki nəhəng müharibədə 65 milyon insanın qanını tökmüş, on milyonlarla insanı isə dul, yetim və şikəst etmişlər.
Bu fəlakətlərin qaynağı olan "cahiliyyə lovğalığının" çağımızdakı adı isə "romantik milliyyətçilik"dir.

Romantik Milliyyətçiliyin Meydana Gəlməsi

Avropada milliyyətçilik XVIII əsrdə yayılmış bir düşüncə olaraq qəbul edilir. Əvvəllər bir çox dövlətlərin idarəsi altında yaşayan ölkələr bir mərkəzi hakimiyyət altında birləşərək ilk xalq-dövlətlərini yaratmışlar. İngiltərə və Fransa kimi Avropa ölkələri milliyyətçiliyi ilk olaraq mənimsəyən və ilk xalq hakimiyyətini quran ölkələr kimi tanınırlar. XIX əsrdə isə Avropadakı ölkələrin əksəriyyəti milli birliyini qurmuşlar.
XX əsrdə mövcud olan "romantik milliyyətçilik" cərəyanına göstərilə bilən ən yaxşı nümunə Hitler Almaniyasıdır. Tamamilə romantizmin təsiri altına düşən irqi milliyyətçiliyin zülmləri dünya tarixinə qara bir ləkə olaraq düşmüşdür.
Yalnız iki ölkə bu təsirdən kənarda qalmışdı: Almaniya və İtaliya. Hər iki ölkədə də krallıqların və ya kiçik şəhər-dövlətlərinin hakimiyyəti çox uzun sürmüşdü. İtaliya ancaq 1870-ci ildə, Almaniya isə bir il sonra - 1871-ci ildə milli birliyini quraraq bir xalq dövləti olaraq tarix səhnəsinə çıxa bilmişdi. Başqa sözlə desək, hər iki ölkə də milliyyətçiliyi mənimsəməkdə və tətbiq etməkdə digər Avropa ölkələrinə nisbətən gecikmişdi.
Bu vəziyyət hər iki ölkədə Avropanın digər ölkələrinə görə daha radikal-milliyyətçi cərəyanların inkişafına və kök salmasına səbəb olmuşdur. İctimai alimlərin qəbul etdiyi ümumi fikrə görə, milliyyətçiliyin ən qabarıq nümunələri olan Nasizm və faşizmin bu iki ölkədə yaranması və hakimiyyəti ələ keçirməsinin səbəbi hər iki ölkədə də milli birliyin hələ yaranmaması səbəbindən yayılan fanatik milliyyətçi duyğulardır.
Bu iki ölkədə, xüsusilə Almaniyadakı fanatik milliyyətçi anlayışına liderlik edənlər tarixdə "romantik milliyyətçilər" olaraq tanınırlar. Romantik milliyyətçiliyin əsas xüsusiyyətləri ağıla deyil, duyğulara əhəmiyyət verərək, mənsub olduqları millətin mistik və sirli bir "ruh"a sahib olduğunu düşünərək onu digərlərindən daha üstün hesab etmələridir. Romantik milliyyətçilər XIX əsrin sonlarında məşhurlaşan irqçi nəzəriyyələrdən bəhrələnərək Avropalı irqlərin dünyadakı digər irqlərdən üstün olduqlarını bildirmiş və başqa xalqları idarə altına salma hüququna malik olduqlarını iddia etmişlər.
XIX əsrin ilk onilliyində romantik milliyyətçilik Almaniyada sürətlə inkişaf etmişdir. Paul Lagarde və Julius Langbehn kimi yazıçılar almanların bütün dünyanı idarə edəcəkləri bir iyerarxik dünya nizamı qurulmasının lazım olduğunu müdafiə etmişlər. Bunun da tamamilə "Alman ruhu"ndan və "Alman qanı"ndan qaynaqlanan üstünlüklə əldə ediləcəyini, bunun üçün almanların köhnə bütpərəst inanclarına dönmələrinin və Xristianlıq kimi İlahi dini tərk etmələrinin lazım olduğu fikrini irəli sürmüşlər.
O dövrdə Almaniyada qurulan mistik (gizli) dərnəklərin romantik milliyyətçiliyin yayılmasında əhəmiyyətli rolu olmuşdur. Bu dərnəklərin ortaq dünyagörüşü insanın ağlı ilə deyil, hissləri ilə doğrunu tapa bilməsindən, hər millətin bir "xalq ruhu"na sahib olması və Alman xalq ruhunun da bütpərəstlik olması kimi səthi və batil düşüncələrdən ibarətdir. Bu dərnəklər Hitlerə və dolayısı ilə Nasizmə də böyük bir zəmin hazırlamışdır. İngilis tarixçisi Michael Howard "Pan-Cermenik Alman milliyyətçiliyinin ruhi gücünü və ideoloji mənşəyini mistik (gizli) dərnəklərdən aldığını və mistik (gizli) ənənənin 1920-ci illərdə doğan Milli Sosializm (Nasist) cərəyanına da böyük bir zəmin hazırladığını" yazır.1
hitler
20. yüzyılda yaşanan "romantik milliyetçilik" akımına verilebilecek en iyi örnek Hitler Almanyası'dır. Tamamen romantizmin etkisiyle gelişen ırk milliyetçiliği, yol açtığı zulümler ve insanlığa getirdiği acılarla dünya tarihine kara bir leke olarak geçmiştir.
Həqiqətən də romantik milliyyətçiliyin insanlıq tarixində ən mərhəmətsiz və qanlı rejimlərindən biri olan Nasizmə zəmin hazırlamaqdan başqa bir rolu olmamışdır.

Romantik Milliyyətçiliyin Şizofreniyası

Romantik milliyyətçilər insanın ağıl yolu ilə deyil, "duyğu və hisslə" doğrunu tapacağını düşündükləri üçün son dərəcə əsassız, kompleks bir dünyagörüş və ruh halına malikdirlər. Amerika tarixçisi professor Gerhard Rempel "Reform, Liberation And Romanticism In Prussia" (Prussiyada İslahat, Azadlıq və Romantizm) adlı məqaləsində romantik milliyyətçilərin ruh dünyasını belə təsvir edir:
Romantiklər fantaziyaya, romantikliyə və simvolizmə gedən yolu seçdilər. Ruhi olaraq həmişə ölümlə maraqlandılar, gecə qaranlığında melanxolik böhranlar yaşadılar. (Romantik milliyyətçiliyin öndərlərindən) Novalis "həyat ruhun bir xəstəliyindən ibarətdir" deyirdi. Burada qarşımıza çıxan faktor estetik pessimizmin başlanğıcıdır...
Nazism
Nazi Almanyası'nda duygusallığın etkisiyle transa geçmiş kitleleri, Nazizm'in insanlık dışı eylemleri adına yönlendirmek kolayca mümkün olmuştur.
Romantizm - insan ruhunun dərinliklərindəki irrasional gücləri ortaya çıxardı... Döyüş haqqındakı vətənpərvər ədəbiyyatın inkişafı ilə birlikdə "ruhun rəqsi" deyilən bu düşüncə cəmiyyətin geniş kütlələri içərisində yayıldı...
Alman Romantikləri estetizmin bütünü inkişaf etdirdilər ki, bu, ağlın inkar edilməsinə və həqiqətin bir anda, birdən qavranması cəhdinə əsaslanırdı. Bu nəzəriyyəyə görə, poetik olan mütləq həqiqətin özü idi.2
Romantik milliyyətçilik duyğuların "əsl dünya" qəbul edilməsinə əsaslanırdı. Bu xəyalpərəst düşüncə reallıqdan tamamilə uzaq, öz ruh sarsıntıları içində yaşayan insanlar meydana gətirdi. Romantizmin bu təsirini insanı reallıqdan ayıran, bəzi duyğulara əsir edən şizofreniyaya bənzətmək mümkündür. (Şizofreniya xəstələri reallıqdan uzaq, öz xəyal dünyaları içində yaşayırlar)
Nazism
Üstte, Nazi döneminde yaşanan romantik milliyetçiliğin sembolü olan, Alman ırkını, milletleri adına aşırı bir duygusallığa yönelten bir propaganda afişi görülmektedir..
Bu şizofreniyalı ruh halının bir nümunəsi də romantik milliyyətçilərin bəzi anlayışları bütləşdirməsi vəziyyətidir. Bunların başında "qan" və "torpaq" anlayışları dururdu. Almaniyada XX əsrin əvvəlində meydana gələn "Blut und Boden" (Qan və Torpaq) adlı fikri cərəyan Alman qanının və Alman torpaqlarının müqəddəs olduğunu, Alman soyundan olmayan xalqların bu qanı və torpağı kirlətdiklərini iddia etmişdi. Bu cərəyan Nasist ideologiyasına da böyük təzyiq göstərdi. Nasistlər qan tökülməsini müqəddəs bir hərəkat olaraq görürdülər. Hitlerin 1923-cü ildəki müvəffəqiyyətsiz zərbə cəhdi əsnasında yaralanan Nasistlərin qanları ilə islanmış partiya bayrağı sanki bir bütə çevrilmişdi. "Blutfahne" (Qan Bayrağı) adı verilən bu bayraq olduğu kimi mühafizə edilmiş və hər Nasist mərasimində müqəddəs simvola çevrilmişdi. Hətta Nasist partiyasının on minlərlə yeni bayrağı Blutfahneyə sürtülmüş və ondakı "müqəddəs" gücün bu yeni bayraqlara da keçdiyi düşünülmüşdü.3

Romantik Milliyyətçiliyin Qanlı Qırğını

I və II Dünya müharibələri insanlığın gördüyü ən qanlı müharibə olaraq tarixə yazılmışdı. Bu müharibələr romantik milliyyətçilərin qapışmasından başqa bir şey deyildi. Almaniyada özünü açıq surətdə büruzə verən romantik milliyyətçi cərəyanı dövrün ingilis, fransız və rus cəmiyyətlərinə də təsir etmiş və bu ölkələrin idarə heyətlərini müharibəyə cəlb etmişdir. Razılaşmalarla həll edilə bilən problemlər qızışdırılmış və dünya milyonlarla insanın həyatına bais olan bir qırğın yaşamışdır.
I Dünya Müharibəsinin gedişatını araşdırmaq romantik milliyyətçiliyin nəticələrini görmək baxımından faydalıdır. Müharibədə bir çox ölkə iştirak etsə də, əsasən bir neçə dövlət vacib rol oynayırdı: bir tərəfdə İngiltərə, Fransa və Rusiya, digər tərəfdə isə Almaniya və Avstriya-Macarıstan. Müharibənin əvvəlində bu ölkələrdəki generalların hamısının ortaq düşüncəsi güclü bir hücumla düşmən xətlərini yarıb dağıtmaları və bir neçə həftə ərzində zəfər çalmaları istiqamətində idi. Halbuki müharibə indiyə kimi heç kimə zəfər gətirməmişdir.
terror
world warworld war
Romantik milliyetçiligin etkisiyle kışkırtılan halklar ve bunun sonucunda başlatılan dünya savaşları, insanlığa kan, acı ve gözyaşından başka şey getirmedi. Geriye ise milyonlarca ölü, dul, yetimle birlikte harab olmuş şehirler kaldı.
Almaniya 1914-cü ildə Fransa və Belçikaya hücum etmiş və bir az irəlilədikdən sonra hücum dayandırılmış və qurulan cəbhələr 3.5 il boyunca yerindən tərpənməmişdir. Hər iki tərəf də düşmən cəbhəsini yarmaq ümidi ilə dəfələrlə bir-birinə hücum etmiş, amma heç bir şey dəyişməmişdir. Almanların hücumu ilə başlayan məşhur Verden döyüşündə 315.000 fransız və 280.000 alman əsgəri ölmüş, amma cəbhə yalnız bir neçə kilometr geriyə çəkilmişdir. Bir neçə aydan sonra ingilis və fransızlar Sommedə hücuma keçmişlər, qanlı vuruşmalar nəticəsində 600.000 alman, 400.000-dən çox ingilis və təxminən 200.000 fransız əsgəri ölmüş, nəticədə alman cəbhəsi yalnız 11 kilometr geriyə oturdulmuşdu. Romantik marşlarla, şeirlərlə, "Alman ruhu""İngilis qüruru","Fransız cəsarəti" kimi süni romantik anlayışlarla coşaraq ağılsız qərarlar verən idarəçilər öz xalqlarını qırğına məruz qoymuşlar. 3.5 il boyunca bir səngərdə döyüşən və həmişə bombardman altında yaşayan əsgərlərin çoxunda sonradan psixoloji problemlər baş qaldırmışdır.
dead soldier
Romantik milliyetçiğilin kışkırtılması ile başlayan savaşlarda insan hayatının değeri tamamen göz ardı edilmiştir. Romantik marşlarla, ateşli şiirlerle, "Alman ruhu", "İngiliz onuru", "Fransız cesareti" gibi suni duygusal kavramlarla coşarak akılcı olmayan kararlar veren idareciler, kendi halklarını kıyıma uğratmışlardır.
Romantik milliyyətçiliyin səbəbsiz qırğınının I Dünya Müharibəsindəki diqqət çəkən bir nümunəsi fransız generalı Robert Nivellenin 1917-ci ilin aprelində alman cəbhə xəttinə qarşı başlatdığı hücumdur. Nivelle hücumdan əvvəl "yalnız iki gün içində alman xətlərini yaracaqlarını və bir həftə içində zəfərə çatacaqlarını" vəd etmişdi. Alman ordusunun onlardan daha üstün olmasına baxmayaraq, bu romantik vədin təsirinə düşən fransız ordusu aprelin 16-da hücuma keçmiş və bu hücum 1.5 aydan çox davam etmiş, nəticədə heç bir nəticə əldə edilməmiş, yüz minlərlə əsgər ölmüş, sonra da fransız birlikləri arasında daxili üsyanlar baş qaldırmışdır.
Hitlermussolini
Kan dökücü zihniyet, II. Dünya Savaşı'nda da hayata geçmiş ve toplam 55 milyon kişi, Hitler, Mussolini, Stalin gibi psikopat ruhlu romantiklerin ihtirasları nedeniyle ölmüştür. 2. Dünya Savaşı'nın baş aktörleri olan bu zalim liderler, ütopik ideallerinin peşinde, tüm dünyayı zulüm ve karanlığa sürüklemişlerdir.
stalin
Eyni zehniyyət II Dünya Müharibəsində də həyata keçmiş, bu dəfə daha çox insan - 55 milyon adam Hitler, Mussolini, Stalin kimi psixopat ruhlu romantiklərin ehtirasları səbəbindən ölmüşdür.
Yalnız dünya müharibələri deyil, müxtəlif ölkələr, qəbilələr və ya təşkilatlar arasındakı döyüş və qarşıdurmaların əsasında da romantizm durur. Yaşadığı dünyanın şərtlərini ağılla qiymətləndirə bilməyən, romantik şüarların, qəhrəmanlıq hekayələrinin, marşların və şeirlərin təsiri ilə silaha sarılan milyonlarla insan həm özlərinin, həm də düşmən saydıqları insanların qanını tökmüş və dünyanı qarışıqlıq və fitnə içinə salmışlar.
cruelty
Dünyanın dört bir yerinde romantizmin kışkırttığı insanlar, diğer insanlara akıl almaz işkenceler yapabilmekte, türlü insanlık dışı fiili işleyebilmekte ve büyük bir vahşet sergileyebilmektedirler.
Kitabın əvvəlində duyğusallığın insanları Allahın yolundan çıxarmaq və bəlalara uğratmaq üçün şeytan tərəfindən istifadə edilən bir silah olduğunu vurğulamışdıq. Şeytanın insanlara qarşı qurduğu bu tələ özünü romantik milliyyətçilikdə daha açıq şəkildə özünü göstərir. Allah Quranda şeytanın insanları qarşıdurma, qarışıqlıq və terror mühitinə məruz qoyduğunu belə bildirir:
(Allah) buyurdu: “Çıx get! Onlardan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhənnəm olacaqdır. Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. (İsra surəsi, 63-64)
Bu ayədə şeytanın idarəsi altındakı insanları istifadə edərək yer üzündə "təhrik edən səslər" və "üzərinə yeriyən piyadalar" meydana gətirəcəyi bildirilir ki, romantik milliyyətçiliyin nəticələri də bu şəkildədir.

Romantik Milliyyətçiliyin Fikri Əsası: Darvinizm

darwin
Teorisi ile dünyaya bela üzerine bela getiren Charles Darwin
Romantik milliyyətçilər romantik meyl olan qan qırğınını dəstəkləmək üçün bəzi fəlsəfi və elmi şərhlərə də müraciət etmişlər. Bu şərhlərin əsası Darvinin təkamül nəzəriyyəsidir.
İngilis bioloqu Darvin 1859-cu ildə nəşr olunan "Növlərin Mənşəyi" adlı kitabında təbiətdə mərhəmətsiz bir həyat mübarizəsi olduğunu, bu mübarizənin canlıları inkişaf etdirdiyini və yaranan yeni növlərin də bu mübarizənin qazanılması və itirilməsinə görə ortaya çıxdığını irəli sürmüşdür. Başqa sözlə, Darvinə görə inkişafın açarı "qarşıdurma"dır. Darvin 1871-ci ildə nəşr etdirdiyi "İnsanın Törəməsi" adlı kitabında bu fikirlərini daha da inkişaf etdirmişdi. Bu kitabla birlikdə insan irqlərinin bəzilərinin digərlərinə görə daha üstün olduğunu qarşıya qoymuş, yəni irqçiliyə zəmin yaratmışdır. Darvin Avropalı ağ irqləri "üstün irqlər" olaraq hesab edərkən, zənciləri, asiyalıları və türkləri "yarı meymun primitiv irqlər" olaraq qiymətləndirmişdir.
Darvinin elmdən uzaq bu nəzəriyyəsinin yayılması ilə birlikdə, qarşıdurma və irqçilik sürətlə dəstək qazanmışdır. Belə ki, bu iki anlayış "elmi bir həqiqət" kimi qəbul edilməyə başlamışdır.
Romantik milliyyətçilərin Darvinizmlə əlaqəsi də bu nöqtədə ortaya çıxır. Romantik milliyyətçilər döyüşə olan meyllərini və öz irqlərinin digərlərindən üstün olduğu hesab etdiklərindən Darvinizmə əsaslanırlar.
Fövqəladə bir qan qırğınına səhnə olan I Dünya Müharibəsinin arxasında Darvinizmin bu qaranlıq təlqinini tapmaq mümkündür. Yüz minlərlə əsgəri gözlərini qırpmadan ölümə göndərən alman, fransız, ingilis, rus və ya avstriyalı generallar Darvinizmin "canlılar mübarizə edərək inkişaf edir, irqlər də döyüşərək ucalır" şəklindəki yalanına inanmışlar və bu ruh halı içində döyüş əmri vermişlər.
Məsələn, I Dünya Müharibəsi generallarından Friedrich von Bernardi savaş və təbiətdəki mübarizənin qanunları arasındakı əlaqəni belə qurmuşdur:
Müharibə bioloji bir ehtiyacdır, təbiətdəki ünsürlərin qarşıdurması qədər lazımlıdır. Bioloji istiqamətdən yerində nəticələr verir, çünki bu nəticələr varlıqların əsas xüsusiyyətləri ilə əlaqədardır.4
Avstriya-Macaristanın baş komandiri general Franz Baron Conrad von Hoetzendorff isə müharibədən sonrakı xatirələrində belə yazmışdır:
terror
klan
Darwin'in zamanından beri ırkçı saldırılar ve bundan kaynaklanan savaşlar artarak devam etmektedir. Günümüzde de bu sapkın fikirlerin uygulamalarını, Neo-Nazilerde, Ku Klux Klan örgütlerinde, zencileri veya farklı ırklardan kişileri hedef alan pek çok örgütte görmek mümkündür. Ama unutmamak gerekir ki tüm bu insanlık dışı eylemlerin birinci dereceden sorumlusu Sosyal Darwinizm'dir.
Dünya müharibəsinin böyük fəlakəti (insanın həyat mübarizəsi) prinsipi tam bir uyğunlaşma ilə reallaşmışdır. İnsanların və dövlətlərin həyatlarının ana gücü ilə yaranan bu müharibə boşalması lazım olan bir ildırım yükü kimi təbiətin bir qaydasıdır.5
Almaniyanın kansleri (baş naziri) Theobald von Bethman-Hollwegin fərdi məsləhətçisi və dostu Qurd Riezler 1914-cü ildə belə yazmışdır:
Mütləq və əzəli düşmənlik insanlar arasındakı əlaqələrin təbiətində vardır. Hər yerdə gördüyümüz daimi nifrət… insan təbiətinin pozulmasından qaynaqlanmır, əksinə təbiətin və həyatın qaynağının özündə vardır. 6
book
Gasman kitabında Almanya'da Sosyal Darwinizm'in nasıl yeşerdiğini anlatmaktadır.
ernst heackel
Almanya'da Sosyal Darwinizm'in en büyük temsilcisi Ernst Haeckel
Dövrün dövlət adamlarını və idarə heyətlərini təsiri altına alan düşmənlik və qarşıdurmanın insanın təbiətində olması iddiası, şübhəsiz, böyük bir yalandır. İnsan təkamülçülərin iddialarının tam əksinə, şəfqət, mərhəmət, sevgi və anlayışdan zövq alacaq şəkildə yaradılmışdır. İnsanın fitrəti, yəni təbiəti Allahın əmr etdiyi din əxlaqını yaşamaqdır. Bunun xaricində insana təlqin edilən hər cür batil və azğın düşüncə isə həm adamda, həm də cəmiyyətdə pozğunluğa və degenerasiyaya səbəb olur.
Romantizm öz ətrafına ehtiraslı bir bağlılığı, digərlərinə qarşı isə kin və nifrəti qızışdırır. Bu ruh halı Darvinizmin "irqlərin həyat mübarizəsi" anlayışına çox uyğundur. Darvinin nəzəriyyəsinin sosiologiyalarına uyğunlaşdırılmış halına "İctimai Darvinizm" adı verilir və İctimai Darvinizm romantik milliyyətçi və irqçi cərəyanların ən böyük dayağı olmuşdur. Amerikalı yazıçı Janet Biehl "Ecology and the Modernization of Fascism en the German ultra-Right" (Ekologiya və alman radikal sağında faşizmin təkmilləşməsi) adlı məqaləsində mövzuya aid bunları yazır:
Alman radikal sağında İctimai Darvinizmin dərin kökləri vardır... İngilis-Amerikan İctimai Darvinizmində olduğu kimi, Alman İctimai Darvinizmi də insanların ictimai təşkilatlarını insani olmayan dünyadan alınma "təbiət qanunları" ilə açıqlamışdır. Amma ingilis-amerikan İctimai Darvinizmi "uyğun olanların qazanması" anlayışını vəhşi kapitalist bir meşədə fərdi cəhdlərin qazancı olaraq izah edərkən, Alman İctimai Darvinizmi "uyğun olanların qazanması" anlayışını əzici olaraq irq anlayışında qəbul etmişdir. Bu səbəbdən, "ən uyğun" olan irq davam etdirdiyi "həyat mübarizəsi"ndə bütün digər rəqiblərini məhv edərək qazanacaq, qazanmalıdır.7
Almaniyada İctimai Darvinizmin ən böyük nümayəndəsi olan Ernst Haeckel (1834-1919) məşhur Darvinist bioloq idi. Darvinin işlərindən çox təsirlənən Haeckel Darvinizmə "tərəf" çıxaraq və "Ontogenez Filogenezin Təkrarıdır" (Ontogeny Recapitulates Phylogeny) olaraq yekunlaşdırılan və məməlilərdəki embrionların təkamül müddətini əks etdirən nəzəriyyəni ortaya atmışdı. (Bu nəzəriyyənin çürüklüyü illər sonra aydın oldu və Haeckelin istifadə etdiyi sxemlərdə saxtakarlıq etdiyi ortaya çıxdı)
Haeckel "Monist Birliyi" adı altında ateizmi yaymaq məqsədilə bir dərnək yaratmış və bu dərnək, eyni zamanda, irqçiliyin və romantik milliyyətçiliyin mərkəzi olmuşdur. 1920-ci illərdə Hitlerin başçılığı altında inkişaf edən Nasist hərəkatı Haeckelin fikirlərindən və Monist Birliyindən bəhrələnmişdir. Mövzunu araşdıran tarixçi Daniel Gasman The Scientific Origins of National Socialism: Social Darwinism en Ernest Haeckel and the German Monist League (Milli Sosializmin Elmi Mənşələri: Ernest Haeckeldə və Alman Monist Birliyində İctimai Darvinizm) adlı kitabında belə yazır:
Almaniyadakı irqçilikdən ilham alan İctimai Darvinizm... varlığını demək olar ki, tamamilə Hekkelə borclu idi... (Hekkelin) fikirləri, irqçilik, imperializm, romantizm, anti-Semitizm və milliyyətçi cərəyanının bir bədəndə birləşib vahid ideologiya halına gəlməsinə xidmət etdi... Volkismim (romantik milliyyətçi Alman populistliyinin) həqiqətdə tamamilə qeyri-real və mistik fikirlərinə elmi əlavə edən adam Haeckel idi. 8
Gasman mövzu barədə bunları yazmışdır:
Deyilə bilər ki, İngiltərədə Darvinizm təbii dünyanın ictimai dünyaya bir proyeksiyası olaraq, "buraxın etsinlər" (laissez faire) kapitalizminin fərdiliyinin bir davamı oldusa, Almaniyada alman romantizminin bir proyeksiyası olmuşdur... Darvinizmin Almaniyada aldığı şəkil bir növ saxta elmi təbiət dini, irqçiliklə qarışıq bir təbiətə tapınma mistizmidir. 9
Janet Biehl də eyni mövzuda "Hekkel mistik irqçiliyə və milliyətçiliyə inanırdı, belə ki, Alman ictimai Darvinizmi əvvəldən romantik irqçiliyə və romantik milliyyətçiliyə saxta bioloji bir əsas təmin edən siyasi bir hərəkat oldu" deyə yazmışdır. 10

Nəticə

Bütün bunlar romantizmin tamamilə dindən uzaq və dinə zidd bir psixologiya və dünyagörüş olduğunu bir daha göstərir. Ortaya atıldığı ilk gündən etibarən haradasa ateizmlə oxşar olan Darvinizmin romantizmlə sıx bağlı olması bu istiqamətdə çox açıq bir göstəricidir.
nazi german
Romantik milliyyətçiliyin Darvinizmlə olan əlaqəsi və Nasist hərəkatın meydana gəlməsindəki rolu bizə çox əhəmiyyətli həqiqəti bir daha göstərməkdədir: Romantizm istər fərdlər, istərsə də cəmiyyətlər üçün son dərəcə təhlükəli bir cərəyandır. Çünki romantizmə qapılan insanlar öz irqlərinin başqalarından üstün olduğuna, müharibələr edərək bütün dünyanı zəbt etmə haqqına sahib olduqlarına, başqa millətləri ortadan qaldırmağın və ya özünə tabe etməyin isə son dərəcə qanuni olduğuna inanır, ağıla, sağlam fikrə və vicdana zidd düşüncələrə asanca qapıla bilirlər.
hitler
Nasist Almaniyası romantizmin dağıdıcı və zülmedici təsirini göstərən ən əhəmiyyətli tarixi nümunələrindən biridir. Nasistlərin 1933-cü ildə iqtidara gəlməsi ilə birlikdə Hitler və qərargahları alman cəmiyyətinə qarşı sanki "romantik beyin yuma" kampaniyasına başlamışlar və romantik milliyyətçiliyin şüursuz iddialarını qısa zamanda cəmiyyətə mənimsətmişlər. 1930-cu illərin sonlarına doğru alman xalqının əksəriyyəti tezliklə bütün dünyanı idarə edəcək 1000 illik bir "Alman Krallığı"nın (III Reich) qurulacağına, alman irqinin "saflaşdırılması" məqsədilə ölkədəki digər xalqların məhv edilməsinin lazım olduğuna, Hitlerin metafizik gücə sahib olan yanılmaz bir "başçı" (Führer) olduğuna və onları zəfərə aparacağına inanmışlar. Hitlerin qəzəbli, təcavüzkar, paranoid və həyasız nitqlərini göz yaşları içində dinləyərək özlərindən gedən insanlar sanki kütləvi surətdə ovsunlanmışdılar.
flag
Halk üzerinde romantik milliyetçiliği kışkırtırken belirli sembollere ihtiyaç duyuluyordu. Alman ordusu, Alman halkı, Alman bayrağı, Alman kanı gibi..
Nasistlərin məşhur Nuremberg mitinqləri "romantik beyin yuma"nın ən parlaq nümunəsidir. Amerikalı tədqiqatçılar Baigent, Leigh və Lincoln bu mitinqləri belə təsvir edirlər:
Pis şöhrətə sahib olan Nuremberg mitinqlərində... hər şey (formaların və bayraqların rəngləri, natiqlərin yeri, proqramın gecə yarısına qədər davam etməsi, spot işıqlarının istifadəsi, zaman) çox diqqətli şəkildə hesablanırdı. Bu mitinqlərdə çəkilən filmlər insanların sanki özlərini sərxoş etdiklərini, sanki hipnozdaymış kimi "Sieg Heil" şəklindəki Nasist şüarını dayanmadan təkrarlayaraq Hitlerə sanki tapınarcasına Nasist salamı verdiklərini göstərir. Kütlələrin üzündən bomboş bir zehnin gətirdiyi xoşbəxtlik oxunur... Bu razı salıcı bir ifadədən qaynaqlanmır. Əslində Hitlerin ifadələri heç də razı salıcı deyil. Hər zaman adi, uşaq kimi eyni şeyi təkrarlayan, boş məzmunlu nitqlərdir. Amma bu nitqləri təşkil etmə şəkli zəhərli bir enerjiyə malikdir, bir baraban ritmi kimi hipnozedicidir... Və bu, kütlə psixologiyasının gətirdiyi yoluxuculuqla, bir sahəyə sıxışdırılan minlərlə insanın təsirilə cəmləndiyində ... kütlə isterikasını meydana gətirir... Hitlerin mitinqlərində görünən şey psixoloqların mistik təcrübələri açıqlamaq üçün istifadə etdikləri "şüur qapanması" vəziyyətidir. " 11
Qısacası, Nasist mitinqləri insanları tamamilə ağıldan uzaqlaşdıran və romantizm ovsununun təsiri altına aldığı kütləvi hipnoz seanslarıdır. Bu romantik vəziyyət II Dünya Müharibəsinin başlanmasına və 55 milyon insanın həyatına bais olmuşdur.
Nasizm romantizmin dağıdıcı təsirlərinin yalnız bir nümunəsidir. Romantizm insanları ağıldan uzaqlaşdırdığı, ağıl yerinə duyğuları hakim etdiyi üçün onları hər cür azğınlığa sürükləyə bilər. Buna görə romantik bir insana hər hansı bir istiqamət vermək asandır. Əgər içində olduğu mühit o istiqamətdədirsə, qısa zamanda qatı bir irqçiyə və faşistə çevrilə bilər. Bunun tam əksi olan bir mühitdə olduğunda isə kommunist bir xadim olar, Leninist marşlar söyləyərək günahsız insanlara təzyiq göstərər, hətta özünü atəşə də ata bilər. Son dərəcə mərhəmətsiz və sərt olan romantik insanın bir neçə saat sonra göz yaşları içində hıçqıra-hıçqıra ağlamasını da görmək mümkündür. Ağıl ortadan qalxdıqdan və insan duyğularına, daha doğrusu şeytanın nəfsində oyatdığı ehtiraslara əsir olduqdan sonra həddini aşmasında və anormallıqda bir sərhəd yoxdur.
children inthewarchildren inthewar
Şeytanın kışkırtarak duygusallığa kaptırdığı insanlar, Hitler'i sanki büyülenmişcesine dinliyor, onun yaptığı insanlık dışı eylemleri alkışlayabiliyordu. Üstelik bu delilik derecesine varan romantizmi çocuklarına da öğretiyor, onları da sapkın bir yola sürüklüyorlardı.

Dipnotlar

1.Michael Howard, The Occult Conspiracy: The Secret History of Mystics, Templars, Masons and Occult Societies, 1.b., London: Rider, 1989, s. 106
2.Gerhard Rempel, "Reform, Liberation And Romanticism In Prussia", http://mars.wnec.edu/ ~grempel/ courses/germany/lectures/07reform.html
3.Michael Baigent, Richard Leigh, Henry Lincoln. The Messianic Legacy. London: Corgi Books, 1991. s. 199
4.Anthony Smith, ‹nsan, Yap›s› ve Yaflam›, Remzi Kitapevi, ‹stanbul, 1979, s. 33
5.Hoetzendorff, Aus Meiner Dienstzeit, IV, pp. 128-129; cited in James Joll, Europe Since 1870: An International History, Penguin Books, Middlesex, 1990, s. 164.
6.James Joll, Europe Since 1870: An International History, Penguin Books, Middlesex, 1990, s. 164
7.Janet Biehl and Peter Staudenmaier, "'Ecology' and the Modernization of Fascism in the German Ultra-right", Ecofascism: Lessons from the German Experience, AK Press San Francisco, CA, 1995 
8.Daniel Gasman, The Scientific Origins of National Socialism: Social Darwinism in Ernst Haeckel and the German Monist League (New York: American Elsevier; London: Macdonald & Co., 1971), s. 23
9.Daniel Gasman, The Scientific Origins of National Socialism: Social Darwinism in Ernst Haeckel and the German Monist League (New York: American Elsevier; London: Macdonald & Co., 1971), s. 22-23
10.anet Biehl and Peter Staudenmaier, "'Ecology' and the Modernization of Fascism in the German Ultra-right", Ecofascism: Lessons from the German Experience, AK Press San Francisco, CA, 1995, 
11.Michael Baigent, Richard Leigh, Henry Lincoln, The Messianic Legacy, Corgi Books, London, 1991. s. 194

Romantizmin Digər İdeologiyalari

Romantizmin Digər İdeologiyalari

... dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.
(Nisa surəsi, 118-119)
Əvvəlki hissədə romantizmin "romantik milliyyətçilik" adı altındakı təsirlərini araşdırdıq. İndi bir də yelpiyin başqa uclarına baxaq və romantizmin insanları saldığı bəzi bəlaları araşdıraq. İlk araşdırmalı olduğumuz ideologiya insanlığa ən azı romantik milliyyətçilik qədər "qan qusduran" kommunizmdir.

Kommunist Romantizm

Kommunizm sözdə "ağıllı" bir ideologiya olaraq meydana gəldi. İdeologiyanı quranlar, yəni Karl Marks (1818-1883) və Friedrich Engels (1820-1895) materialist fəlsəfəni mənimsəmiş, bunu ictimai elmlərə tətbiq edərək "tarixin qaydaları"nı təyin etdiklərini düşünmüşlər. Marks tarixi müxtəlif mərhələlərə ayırmış, o dövrdə İngiltərə kimi inkişaf etmiş ölkələrdə "kapitalist mərhələ"sinin yaşandığını, bunun ardından qaçınılmaz olan bir işçi inqilabının gələcəyini və sosialist kainatın başlayacağını qarşıya qoymuşdu. Marks bu inqilabın özbaşına, yəni işçilərin təşəbbüsü ilə reallaşacağı və İngiltərə kimi sənayeləşmiş ölkədə yaşanacağını söyləmişdir.
Ancaq Marksın proqnozları reallaşmadı. Reallaşmayacağı da onun ölümündən 30-40 il sonra da açıqca görünürdü. İngiltərədə və ya bir başqa sənayeləşmiş ölkədə bir inqilab olmamış, əksinə işçilərin ictimai və iqtisadi həyatında yaxşılığa doğru dəyişiklik baş vermişdir.

Kommunizmin Ağıllı İddiasının Etibarsızlığı

Bu vəziyyətdə Marksın nəzəriyyəsi tarixdəki bir çox yanılma kimi səhv olaraq qiymətləndirilməli və bir kənara qoyulmalı idi. Amma elə olmadı. Özlərinə "Marksistlər" adı verən bir qrup insan Marksın reallaşmayan proqnozlarını zorla da olsa reallaşdırmaq istəyirdilər. Marksın "özbaşına olacaq" dediyi inqilab baş vermədiyindən, bunu silah zoruyla edəcək təşkilatlar qurmağa və "inqilabçılıq" etməyə qərar vermişdilər. Marksı bu şəkildə yenidən şərh edən və Marksın reallaşmayan proqnozlarını bəhanələr gətirərək şərh etməyə çalışan qatı marksist olan Lenin idi.
lenin
Zincirlerini kıran güçlü proleterya posterleri, sıkılmış yumruk figürleri, sosyalizm uğruna savaşmaktan ve ölmekten söz eden devrim şarkıları, komünist romantizmin en yaygın sembolleridir.
Lenin inqilabın İngiltərə kimi inkişaf etmiş ölkələrdə ola bilməyəcəyini, onun yerinə Rusiya kimi sənayeləşməmiş ölkələri sınamaq, kommunizmin burada müvəffəqiyyətə nail olacağını və sonra da bütün dünyaya yayılacağı fikrini irəli sürmüşdü. Bu xəyalını reallaşdırmaq üçün Rusiyanın daxilində və xaricində uzun illər inqilaba hazırlıq görmüş, I Dünya Müharibəsinin qarışıqlığı içində axtardığı fürsəti tapmış və iqtidara gəlmişdi.
marks
Komünizmin fikir babaları Marx (solda) ve Engels'tir (sağda). Ortada ise Marx'ın Das Kapital isimli kitabının Rusça tercümesinin kapağı görülmektedir.
Amma Leninin proqnozları da Marksınkı kimi boşa çıxmışdı. Nə qurduğu sistem müvəffəqiyyət qazanmış, nə də kommunizm düşündüyü kimi dünyaya yayılmışdı. Bu gün Leninin qurduğu Sovet İttifaqı artıq dağılmış və tarixə çevrilmişdir. Sovet işğalı və təzyiqi ilə kommunizmin yaradıldığı ölkələrdə də kommunist sistemi çökmüşdür. Kommunizm XX əsrin ən böyük və ən müvəffəqiyyətsiz təcrübəsi olaraq qəbul edilmişdir.
Marksizmin bir yanılma olduğu yalnız proqnozlarının və qurduğu sistemlərin çökməsilə deyil, eyni zamanda əsaslandığı fəlsəfənin də iflası ilə isbat edilmişdir. Marksizmin əsasını təşkil edən materialist fəlsəfənin bütün fərziyyələri XX əsrdəki elmi kəşflərlə yalanlanmışdır. Məsələn:
1. Materializm kainatın sonsuzdan bəri var olduğunu, bu səbəbdən maddənin yaradılmadığını müdafiə etmişdir. Halbuki XX əsrdə qəbul edilən Big Bang nəzəriyyəsi maddənin və zamanın yoxdan yaradıldığını göstərmişdir. Bu nəzəriyyə kainatın 10-15 milyard il əvvəl yoxdan var olduğunu, yoxluq içində birdən kiçik bir hərəkətin meydana çıxdığını ortaya qoymuşdur. Yəni Big Bangın göstərdiyi həqiqət heç bir şey mövcud deyilkən, bu heçlik içində birdən bir hərəkət, hərəkətin ardından da maddə və zamanın meydana gəlməsidir. Bax bu, materialistlərin iddialarını tamamilə çökdürmüş, maddəni, zamanı və hərəkəti Allahın yaratdığının dəlillərindən biri olaraq sübut etmişdir.
2. Materializm maddənin və zamanın bir "mütləq" anlayış olduqlarını, yəni həmişə var olan, dəyişməyən, sabit əsaslar olduqlarını müdafiə etmişdir. Halbuki Eynşteynin Nisbilik Nəzəriyyəsi maddə kimi zamanın da mütləq bir anlayış olmadığını, dəyişən bir hiss forması olduğunu göstərmişdir.
3. Materializm insan zehninin yalnız maddi faktorlarla açıqlana biləcəyini, insanın bütün zehni funksiyalarının maddəyə yüklənə biləcəyini iddia etmişdir. Halbuki beyinin detallarının kəşf edilməsi, beyində heç bir qarşılığı olmayan zehni funksiyaları ortaya qoyaraq, insan zehninin maddə-sonrası bir varlığa, yəni "ruh"a aid olduğunu təsdiq etmişdir.
4. Materializm canlıların yaradılmadığını, Darvinin təkamül nəzəriyyəsində iddia edildiyi kimi təsadüflərlə meydana gəldiyi aldatmacasını irəli sürmüşdür. Bu iddia da XX əsrdəki elmi tapıntılarla çürümüş, canlılarda inkar edilməsi mümkün olmayan bir "dizayn" olduğu və bütün canlıları yaradanın Allah olduğu bir daha sübut edilmişdir.
pkk
Bir fikir, bir ideoloji uğruna kendilerini yakan insanlar aslında aşırı bir duygusallık içindedirler. Sonucunu akılcı bir şekilde değerlendirmeden sözde "cesaret" gösterileri yapabilmektedirler.
Əgər bir ideologiya əsaslı olduğunu iddia edirsə, ancaq iddiaları ağıl və elm qarşısında aciz qalırsa və yaşanan konkret hadisələr o ideologiyanın bütün uzaqgörənliklərini boşa çıxarırsa, o zaman bu ideologiyanın əsaslı olması barədə heç bir iddiası ola bilməz. Bu ideologiyanı mənimsəmiş insanların da onu tərk etmələri lazımdır. Bu səbəbdən əgər kommunistlər romantizm və xəyalpərəstliklə deyil, ağıl, məntiq və sağlam fikirlə hərəkət edən insanlar olsaydılar, bu günə qədər kommunizmi dəfələrlə tərk etməli olardılar.
Kommunizm romantizm əsasları üzərinə qurulmuş bir ideologiya olduğundan ona bağlananlar da elmdən uzaq bir şəkildə bu sistemə bağlı qalmağı və bu köhnə sistemi müdafiə etməyi davam etdirirlər. Hələ lap əvvəldən, yəni Marksın ən fundamental proqnozlarının reallaşmadığı görüldüyündə bu ideologiya bir kənara qoyulmalı idi. Amma qoyulmadı. Dünyanın hər tərəfində törəyən "inqilabçılar" Marksın xəyallarını reallaşdırmaq uğrunda hərəkətə keçdilər. İnqilablar, vətəndaş müharibələri, partizan mübarizələri, terror hərəkatları təşkil etdilər.
Sovet İttifaqı və bütün Şərq Bloku dağıldı, Qırmızı Çin kapitalist iqtisadiyyatını mənimsədi. Amma hələ də kommunizmdən əl çəkilmir. Hələ də dünyada və ölkəmizdə kommunist təşkilatlar mövcuddur və fəaliyyətlərini davam etdirirlər. Sözünü etdikləri "inqilab"ın bir xəyal olduğunu başa düşmələrinə baxmayaraq, sırf kommunizmi buraxmamaq üçün qan tökməyə davam edirlər. Özlərini və yoldaşlarını diri-diri atəşə verib yanarkən kommunist marşlar söyləyəcək qədər romantik, kor və məqsədsiz bir inadla kommunizmə bağlılıqlarını qoruyurlar.
Bu vəziyyət kommunizmin ağıllı bir ideologiya olmadığını, bu ideologiyanı müdafiə edənlərin onu ağılla qiymətləndirmədiklərini, başqa səbəblə mənimsədiklərini göstərir. Buna bir çox insan "fanatizm", "mütəəssiblik", "sabit fikirlilik" deyir. Burada səhv yoxdur. Amma bir az daha dərindən araşdırıldığında fanatizmin altında romantizmin çox böyük bir rol oynadığını görə bilərik.
Başqa sözlə desək, kommunizm də romantizmin sehrindən güc almaqdadır.

Kommunist Romantizmin Nümunələri

Kommunistlərin yaşadığı romantik ruh halınının ilk başda çox adam dərk edə bilməz, çünki kommunistlər həmişə elmdən, fəlsəfədən, ağıldan danışırlar. Halbuki bu anlayışları da romantik bir dünyagörüşlə qəbul edirlər. Elmin ortaya qoyduğu, gəldiyi nəticələri "burjua elmi" adlandıraraq kortəbii şəkildə inkar edirlər. Hətta Stalin bu dünyagörüşünü sistemləşdirmiş və öz dövründə "burjua elmi" və "proletariat elmi" deyərək axmaq və süni bir ayrı-seçkilik etmişdir.
Digər tərəfdən, kommunistlərin nəşrlərinə, jurnallarına, şeirlərinə, ya da marşlarına diqqətlə baxsaq, onların dərin bir romantizm yaşadıqlarını görərik. Kommunistlər bəzi anlayışları bütləşdirmiş və onlara qarşı həddindən artıq romantik bir bağlılıqla bağlanmışlar. Bunların başında "inqilab" anlayışı gəlir. Bir kommunist üçün inqilab bütün pisliklərin sonu və bütün yaxşılıqların başlanğıcıdır. Heç bir zaman reallaşmayacağını bildiyi bu xəyala bir növ ümidsiz eşqlə bağlanar. Sözünü etdiyi bu inqilab haqqında heç bir ağıllı qiymətləndirmə edə bilməz. İnqilab niyə ediləcək? İnqilab olanda bir çox günahsız insanın qanı boşuna axacaq, bütün cəmiyyət qəm-qüssə çəkəcəkdir, buna nə gərək var? İnqilab olmadan da kasıb insanların həyat şəraitləri düzələ bilməzmi? İnqilab olanda iqtisadiyyatın vəziyyəti necə olacaq? Ölkə necə idarə olunacaq, daxili qarışıqlıqlar və xarici təhlükələr necə aradan qaldırılacaq?
mao
Komünistlerin dikkat çeken yönlerinden biri, milyonlarca insanın ölümüne neden olan, cani ruhlu liderleri, halk için çalışan, yüksek erdem sahibi hatta insanüstü varlıklar olarak gösterme çabalarıdır. Bu yolla halkta komünist liderlere karşı duygusal bir bağlılık oluşturmak ve işlenen suçları mazur göstermek hedeflenmektedir.
Bu sualların bir kommunist üçün heç bir əhəmiyyəti yoxdur. Onun yeganə məqsədi inqilabdır. Əgər yuxarıdakı suallara cavab verməli olsa, Leninin, Stalinin və ya Maonun yazdığı kitablardan qəlibləşmiş sözləri deyər, ancaq bu sualların cavablarını həqiqətən düşünməz. Onu inqilab fikirinə ən çox bağlayan faktor isə bu mövzuda yazılan duyğusal şeirlər, bəstələnən alovlu marşlardır. Kommunist ədəbiyyatda tez-tez "çiçəklər içindəki gözəl ölkə"dən, "uzaqlardakı qırmızı günəş"dən və s. bəhs edilir. Əslində inqilab anlayışı ilə kommunist arasındakı əlaqə bir növ romantik eşq hekayəsi kimidir. Universitetlərdəki, kitab sərgilərindəki, mədəniyyət mərkəzlərindəki kommunistlərə aid stendlər, kommunistlərin toplandığı barlar, kafelər araşdırıldığında romantizmin müxtəlif simvollarla dəstəkləndiyi nəzərə çarpar. Zəncirlərini qıran güclü proletariat emblemləri, sıxılmış yumruq fiqurları, sosializm uğruna döyüşməkdən və ölməkdən danışan inqilabi mahnılar kommunist romantizminin ən məşhur simvollarıdır.
Bu romantizm bəzən paltarlarda da əks olunur. Kürəyinə xaki rəngli bir şinel keçirən, başına da xüsusi təyinatlı əsgər papağı qoyan bir kommunist gənc özünü Latın Amerikasının kommunist partizan lideri Che Guevaraya bənzədər. Otağında və ya xüsusi əşyalarının arasında böyük ehtimalla bir "Che" emblemi vardır. Pop ulduzlarının fanatı olub onlar kimi geyinən romantik kollecli gənclərdən bir fərqi var: seçdiyi ulduz musiqiçi deyil, partizandır.
chenazi
Komünist romantizmin önemli sembollerinden biri de bu tarz posterlerdir. Bunlar halkın komünist ideolojiyle ve komünist liderlerle duygusal bağlantısını ayakta tutma amacına hizmet etmektedir.
mao
Kommunist romantizmin bir başqa maraqlı nümunəsi isə özlərinə əziyyət verməkdən və digər insanların onlara yazığı gəlməsindən zövq almalarıdır. Məsələn, həbsxanada "aclıq aksiyası"na başlayaraq adi bir məqsəd üçün özünü ölümə aparan kommunist xadim bu hərəkətinin özünə verdiyi əziyyət və iztirabdan həzz alır. Bir tərəfdən, çəkdiyi əziyyət səbəbilə digər insanların ona yazığı gəlməsindən, digər tərəfdən, yoldaşları tərəfindən "dava adamı" olaraq tanınmaqdan və təqdir edilməkdən zövq alır.
Kommunistlərin əziyyət çəkməkdən aldıqları romantik zövq bəzən çox yüksək həddə çata bilər. Kommunist xadimlər etdikləri hərəkətlərdə özlərini diri-diri yandırmaq, seçdikləri yoldaşlarını dəmir barmaqlıqlara bağlayaraq, üzərinə yandırıcı maddə töküb yandırmaq, sonra da qarşısına keçib o yanarkən kommunist marşlar söyləmək kimi qorxunc bir vəhşilik tətbiq etməkdədirlər. Bu ağlasığmaz şiddəti reallaşdıran xadimlərin, eynilə Nasist mitinqlərindəki izdihamlar kimi, bir növ "şüur qapanması" vəziyyətində olduqları, tamamilə romantik və psixoloji transa girdikləri açıqca görünür.
Kommunistlərin hədəflərinə əsla çata bilməyəcəklərini bildikləri halda israrla ideologiyalarına bağlı qalmaları romantik inadla reallaşır. "Səhv də olsa, müvəffəqiyyət qazanmasam da, mən kommunistəm və axıra qədər də qalacağam" düşüncəsilə kor-koranə bir bağlılıq nümayiş etdirirlər. Əlbəttə, ağıllı bir insan belə davranmaz.
Nəticədə, kommunizmin də şeytanın insanları ağıldan və Allaha imandan uzaqlaşdırmaq üçün istifadə etdiyi romantizm silahının bir parçası olduğu aydın olur. Kommunizmin ağıllı bir ideologiya və fəlsəfə olma iddiası ilə meydana çıxmasına baxmayaraq, əslində ağıla və elmə zidd iddialarla doludur və bunların təxminən 1.5 əsrdir ki, inadla müdafiə olunmasının arxasında kommunistlərin ideologiyalarına olan romantik bağlılıqları dayanır.
leninmao
mao students
Kızıl Çin'de ya da Sovyet Rusya'da gösteri için toplanan komünist halkın psikolojisinin, aslında Hitler Almanyası'ndaki halkın psikolojisinden farkı yoktur. Her iki kesimi de meydanlarda şuursuzca bir komünizm taraftarlığına yönelten güç, telkin edilen duygusallıktır.