1 Eylül 2016 Perşembe

Dini Pərdə Altinda Tətbiq Olunan Romantizm

Dini Pərdə Altinda Tətbiq Olunan Romantizm

Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”
(Əraf surəsi, 28)
Romantizm bir ideologiya və ya dünyagörüş olmaqdan çox, müxtəlif ideologiya və dünyagörüşlərə nüfuz edən, onlara romantik bir atmosfer verən, bu yolla insanları ağıllı davranmaqdan uzaqlaşdıran bir təsirdir. Faşizm və ya kommunizm kimi tamamilə dindən uzaq və azğın ideologiyalara nüfuz etdiyi kimi, bəzən dini pərdə altında da insanlara təsir edir.
Bu mövzuya başlamadan əvvəl vacib bir xüsusiyyəti qeyd etmək lazımdır: dini pərdə altında ortaya çıxan bir hərəkət, bəzən səmimi olmaya bilər. Əksinə, tarixdə dinə və dindarlara zərər vermək üçün din və Allahın adı ilə ortaya çıxan bir çox adam, qrup və düşüncə olmuşdur. Allah Quranda bunun bəzi nümunələrini bizə bildirmişdir. Məsələn, Allahın Səmud qövmünə elçi olaraq göndərdiyi Hz. Saleh peyğəmbəri öldürmək üçün plan quran dəstə öz aralarında Allah adına and içmişlər:
Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. (Nəml surəsi, 49)
davidjim jones
suicide
Din adı altında uygulanan romantizm ABD'de pek çok tarikat mensubunun toplu intiharlarına yol açmıştır. Solda 1993 yılında 80 taraftarını ölüme sürükleyen David Koresh görülüyor. Sağdaki resimde ise Jim Jones alttaki resimde de onun liderliğinde 1978 yılında topluca intihar eden 900 taraftarı görülmektedir.
Peyğəmbərlərə qarşı çıxan müşrik qövmlər böyük bir hörmətsizliklə onları tez-tez "Allaha qarşı yalan uydurmaqla" günahlandırmışlar ki, bu, özlərini Allaha inanan dindar insanlar olaraq gördüklərini göstərir. (Şura surəsi, 24) Yer üzündə öz ilahlığını iddia edəcək qədər böyük bir azğınlıq içində olan Fironun da buna bənzər bir iftira etdiyi ayədə belə bildirilmişdir:
Firon dedi: “Buraxın məni Musanı öldürüm! Qoy o da Rəbbinə yalvarsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”. (Mömin surəsi, 26)
Bu vəziyyət insanların din adı və görünüşü altında əslində dinlə əlaqəsi olmayan bəzi azğın düşüncə və hərəkətlər içində olduqlarını göstərir. Bax, romantizm də, dinlə əlaqəsi olmadığı halda dinin bir parçası sanılan bu azğınlıqların başında gəlir.
suicideherff applewhite
Duygusallığın etkisiyle sapkın tarikatlara giren insanlar gerçek dinden ve akıldan tamamen uzaklaşır. Sağda resmi görülen Herff Applewhite'ın takipçileri, "Do" lakaplı bu kişinin, UFO'ların gelip kendilerini alacaklarına dair sözlerine inanmış ve topluca intihar etmişlerdir.
Dinlə romantizmin bir-birinə necə qarışdırıldığını anlamaq üçün dinin əsası olan "ixlas" anlayışını yaxşı qavramaq lazımdır. İxlas - bir işin yalnız və yalnız Allahın razılığını qazanmaq üçün edilməsidir. Bir iş ancaq ixlaslı olaraq edilsə ibadət olar və Allah Qatında dəyər qazanar. Məsələn, namaz qılmaq, oruc tutmaq, zəkat vermək, Allah yolunda səy göstərmək və bütün digər ibadətlər, Allahın rizasını qazanmaq məqsədilə edildiyi təqdirdə ibadət olar. Allah Quranda "Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar. (Maun surəsi, 4-6)buyuraraq Allah rizası üçün edilməyən ibadətin etibarsızlığını bildirmişdir.
Romantizmin dini təhrif etməsi də bu şəkildə baş verir. Dini Allahın rizasından başqa yerə istiqamətləndirir: İnsanlara dini Allahın rizası üçün deyil, öz duyğusal ehtiyaclarını təmin etməyə yönəldir.
Romantizm bu incə, amma çox əhəmiyyətli olan ayrı-seçkiliyi ortadan qaldıraraq, insanları tamamilə səhv bir din anlayışına yönəltmişdir. Bunun nəticəsi isə mistisizmdir. İxlas ortadan qalxdığında və din (Allahın dinini tənzih edirik) bir növ "psixoloji rahatlama" vasitəsi olaraq görülməyə başlandığında insanları bu psixologiyaya aparan mistik faktorlar dövrəyə girir.
cristians
cristians
Batıl dinlerin çoğunda insanların kendi bedenlerine zarar vermeleri makbuldur. Üstelik bunu din adına yaparlar. Oysa bu romantik din anlayışının bir sonucudur.
Romantik din anlayışı ilə Quranda Allahın bizə öyrətdiyi və Peyğəmbərimizin (s.ə.v.) həyatında ən gözəl nümunəsini gördüyümüz əsl dini müqayisə etdiyimizdə fərq çox açıq şəkildə ortaya çıxır:
1. Quranda Allah insana ağlından istifadə etməyi, düşünməyi, Allahın yaratdıqlarını araşdırmağı və bu ağılla iman etməsini əmr edir. Halbuki romantik din anlayışında ağıl fəaliyyətini dayandırır. İnsanlar düşünməyə deyil, düşünməməyə yönəlirlər.
2. Romantik din anlayışlarının çoxunda insanın özünə zülm etməsi, əziyyət verməsi məqbul bir davranış olaraq qəbul edilir. Məsələn, özlərini çarmıxa çəkərək Hz. İsaya yaxınlaşdıqlarını düşünən xristianlar vardır. Buddizm kimi Uzaq Şərq dinlərində ac qalmaq, narahat yerdə yatmaq kimi "özünə zülm" nümunələri müqəddəsləşdirilir. Halbuki Quranda insanın özünə əziyyət verməsi kimi bir anlayış qətiyyən yoxdur. Bir ayədə keçən "Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər" hökmü (Yunus surəsi, 44) romantizmin bu yanlış anlayışını ən gözəl şəkildə ifadə edir.
Xülasə, romantik din anlayışı insanların nəfsində olan, düşünməmək, reallıqlardan qaçmaq, insanları bütləşdirmək, nostalji, özünü hörmətdən salmaq və özünə əziyyət vermək kimi xüsusiyyətləri təmin edən və həqiqi dinə tamamilə zidd olan inancı və fəaliyyəti özündə ehtiva edən batil bir sistemdir.
İnsanlar Allahın onlardan nə istədiyini öyrənib tətbiq etmək yerinə, atalarından onlara miras qalan düşüncə qəliblərini və davranış şəkillərini davam etdirirlər. Hadisələri düşünüb ağılla qiymətləndirmək əvəzinə, ənənələrində mövcud olan qaydaları və anlayışları mühafizə edirlər. Bu da Allahın Quranda xəbərdar etdiyi bir azğınlıqdır. Quranda bu mövzu ilə əlaqədar çox sayda ayə vardır. Bunlardan bir neçəsi belədir:
Onlara: “Allahın nazil etdiyinə və (göndərdiyi) Elçiyə tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir”– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə (onda) necə olsun? (Maidə surəsi, 104)
Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” (Əraf surəsi, 28)
Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun? (Loğman surəsi, 21)

Nəticə

Bir insanın Allahın istədiyi kimi saleh bir imana sahib ola bilməsi üçün romantizm bataqlığından xilas olması zəruridir. "Çünki Allah Haqdır...." (Həcc surəsi, 62) ayəsində buyurulduğu kimi Allah haqqın özüdür. Romantizmə qapılan insanlar isə ya romantik milliyyətçilik, kommunizm kimi azğın ideologiyalardan təsirlənir, ya dini romantik bir dünyagörüşlə şərh edib ağıldan və ixlasdan uzaqlaşırlar, ya da kitabın sonrakı hissələrində araşdıracağımız romantik sevgi anlayışının təsirinə düşürlər.
Dini yaşamağa başlasalar belə, romantizmin verdiyi qarışıq ruh halı səbəbindən bu mövzuda qərarlı ola bilməzlər. Bəzi romantik faktorlarla dini yaşamağa başlayan, amma qısa bir müddət sonra bundan imtina edən və yenidən dindən kənar həyata dönən bir çox insan vardır.
Halbuki Allah insana belə əmr etmişdir:
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)

Dipnotlar

12.Hadith of Abu Dawud and An-Nasa'i on the authority of Abu Umamah,Words of the Prophet Muhammad, Selections from the Hadith, Compiled by Maulana Wahiduddin Khan

İmanla Bağlı Olan Əsl Ağıl

İmanla Bağlı Olan Əsl Ağıl

... Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.
(Maidə surəsi, 15-16)
Kitabın sonrakı hissəsində romantizmin gündəlik həyatdakı təsirlərini araşdıracağıq. Ancaq bundan əvvəl tez-tez toxunduğumuz "ağıl" anlayışının əsl mənasını da ətraflı şəkildə izah etmək lazımdır.
Ağıl sözü cəmiyyətdə zəka anlayışını ifadə etmək üçün istifadə edilir. Bu səbəblə ağıllı bir insanla savadlı bir insan arasındakı əhəmiyyətli fərqə də çox vaxt diqqət yetirilmir. Lakin bu çox vacibdir. Ağıl və zəka tamamilə müxtəlif xüsusiyyətlərdir.
Ağıl möminin Allahın hadisələri yaratmasındakı incə hikmətləri görməsini və hadisələri bu ilahi hikmətlər dairəsində qiymətləndirməsini təmin edir. Zəkaya əsaslanan bir yanaşma isə hadisələri, ancaq sadə səbəb-nəticə əlaqələri çərçivəsində, mexaniki və dar əhatəli bir qavramanı meydana gətirir. Ağıl zəkadan daha üstündür və ancaq Allaha və Qurana qəti iman edən, Quran ayələrinə tabe olan möminlərə xas bir qabiliyyətdir. Zəka bütün insanlarda müxtəlif dərəcələrdə olan bir fiziki xüsusiyyətdir. Ancaq ağıl yalnız iman edənlərə məxsusdur. İman etməyənlər üçün isə ağıldan bəhs etmək doğru deyil.
Ağıl zəkanın, mühakimənin və məntiqin ən doğru və qüsursuz şəkildə istifadə edilməsini, bu qabiliyyətlərdən faydalanılmasını təmin edir. Ağılsız bir insan isə nə qədər zəkalı olursa-olsun, ağlından istifadə edə bilmədiyi üçün mütləq müəyyən bir nöqtədə yanlış bir məntiqə və mühakiməyə sapmağa məhkumdur. Dünya tarixində iman etməyən filosoflara və elm adamlarına baxdığımızda hamısının eyni mövzularla əlaqədar fərqli, hətta bəzən zidd düşüncələri müdafiə etdiklərini görürük. Bunların hamısı olduqca zəkalı insanlar olmalarına baxmayaraq, imana və dolayısı ilə ağıla sahib olmadıqları üçün doğruları tapa bilməmişlər. Hətta bir çoxu insanlığı saysız fəlakətlərə sürükləmişlər. Yaxın tarixdən nümunələr verək: Marks, Engels, Lenin, Trotski kimi bir çox filosof, ideoloq və dövlət adamı zəkalı insanlar olduqları halda, ağıldan istifadə edə bilmədiklərindən milyonlarla insanın fəlakətinə səbəb olmuşlar. Halbuki ağıl insanların fəlakətini deyil, rahatlığını və xoşbəxtliyini güdür, bunları əldə etməyin yolunu və üsullarını göstərir.
İnsan düşünmək, qavramaq, diqqət yetirmək, praktik davranmaq kimi bir çox şeyi zəkası sayəsində reallaşdırır. Ancaq ağıllı bir insan zəka ilə mümkün olmayan dərin bir anlayışa, doğrularla yanlışları ayırd etmə qabiliyyətinə də malikdir. Bu səbəbdən ağıl adama zəkadan daha çox üstünlük qazandırır.
Ağılın qaynağı isə bir az əvvəl ifadə etdiyimiz kimi, səmimi iman və Allah qorxusudur. Allahdan qorxan, Onun əmr və qadağalarından çəkinən, tövsiyələrini dəqiqliklə yerinə yetirən bir kimsə təbii olaraq bu üstünlüyə, Allahın bir neməti olaraq, sahib olar.
Ancaq bu qabiliyyətə sahib olmağın bu qədər asan olmasına baxmayaraq, insanların çox az hissəsi ağıl sahibidir. Allahın Quranda "... Onların çoxu isə anlamır" (Maidə surəsi, 103) ayəsi ilə xəbər verdiyi bu həqiqət insanların çoxunun iman sahib olmaması, Qurandan uzaq bir həyat mənimsəmələrindən qaynaqlanan bir vəziyyətdir.
Allahdan qorxan və səmimiyyətlə Qurana uyanlara aid olan ağıl iman edən saleh möminləri hər vəziyyətdə üstün bir mövqeyə gətirir. Ayrıca iman sahibi bir insanın hər şeyi, hər an Allahın yaratdığını bilməsi, incəliyinə qədər hər şeyin Allahın təyin etdiyi qədər (tale) daxilində baş verdiyinin və hər an Allahla birlikdə olduğunun şüurunda olması ağlın əsas meyarıdır. Digər tərəfdən, ağıl adamın sahib olduğu üstün tərəflərinin dəyişən şərtlərə və mühitə qüsursuz şəkildə uyğunlaşmasını da mümkün edir.
Möminin bəsirət və fərasətindəki itilik, diqqət və şüur açıqlığı, üstün diaqnoz və həlletmə qabiliyyəti, gözəl əxlaqı, danışığı və rəftarındakı hikmət, güclü şəxsiyyəti həmişə ağıl sahibi olmasının təbii nəticələridir. (Ətraflı məlumat üçün baxın: Kurana göre gerçek akıl, Harun Yahya)
Təsvir etdiyimiz bu nümunə modelinin, bu üstün xüsusiyyətlərin bir adama aid olduğunu deyil, cəmiyyətin ümumi quruluşunu meydana gətirdiyini düşünün: hər kəsin ağılla davrandığı hər vəziyyətdə, hər söhbətində, hər rəftarında, gəldiyi hər qərarda ağılın üstünlüklərinin əksəriyyət tərəfindən yaşandığını… Ağıllı insanlardan ibarət olan bir birliyin meydana gətirəcəyi mühiti… Şübhəsiz, hər kəsin təhlükəsiz, sağlam, rahat yaşaması üçün ağıllı insanlara ehtiyacı vardır. İnsanları bezdirən xaos, qarışıqlıq və anarxiyanın qarşısının alınması və bu mövzulara köklü dəyişiklik edilməsi üçün də ağıllı insanların varlığı vacibdir. Bu baxımdan hər problemin açarı olan ağıla duyulan ehtiyac ortadadır.
Şübhəsiz, ağıl bir insanın sahib olduğu ən əhəmiyyətli xüsusiyyətlərdəndir. Ağıllı bir insan faydalı bir şeyi özündən artıq ətrafındakılara təmin edər. Çünki imanın gətirdiyi əxlaqda Allahın rizasını qazanmaq xaricində heç bir düşüncə, hədəf, ya da ideal yoxdur. Belə bir adam Quranda təsvir edilən mömin xüsusiyyətlərini əksiksiz olaraq yaşayar: məzlumların qorunması, yolda qalmışlara, kimsəsizlərə, köməyə ehtiyacı olanlara sahib çıxılması, ədalətli davranılması, kimsənin ac buraxılmaması kimi hər işin məsuliyyətini üzərində hiss edər. Qurandan öyrəndiyi bu incəlikləri, vicdani məsuliyyətləri ağlı sayəsində qüsursuz bir şəkildə reallaşdırar. Belə ki, problemləri həll etmə, hikmətli danışma və yazma, tədbir görmə, tətbiq, yol göstərmə kimi bir çox mövzuda təbii olaraq hər kəsin gözü ağıllı bir kimsəni axtarır. Çünki belə bir insanın hər rəftarından, hər danışığından, hər fikrindən istifadə edilir.
Ağılın lüzumluluğu bu dərəcə əhəmiyyətli ikən ağılsızlığın nə cür ciddi bir təhlükə olduğunu təsbit etmək heç də çətin deyil. İstər adamın şəxsi, istərsə də cəmiyyətlə əlaqədar olaraq ağılsızlığın səbəb olduğu vəziyyətləri, gətirdiyi bəlaları araşdırmaq vəziyyətin ciddiliyinin başa düşülməsi baxımından faydalı olacaq.
Ağılın qarşısındakı ən böyük maneələrdən biri isə kitabın əvvəlki hissələrində siyasi və ictimai təsirlərdən bəhs etdiyimiz bir ruhi pozuqluqdur: Romantizm, ya da digər adı ilə desək, duyğusallıq.

Gündəlik Həyatda Duyğusallıq Nədir?

crying woman
Üzülmek, karamsarlığa kapılmak, içinden çıkılmaz bir durumda olduğunu sanmak, tevekkülden uzaklaşmış insanların yaşadıkları duygusallığın önemli bir alametidir. Oysa insan her ne ile karşılaşırsa karşılaşsın Allah'a güvenmek, ümitvar olmak ve buna uygun davranmakla yükümlüdür.
Duyğusallığın tərifini insanın ağıl və məntiqinin tələb etdiyi doğrular istiqamətində deyil, duyğularının istiqamətləndirməsilə hərəkət etməsi şəklində vermişdik. Duyğusallıq hər insanda müxtəlif ölçülərdə olmasına baxmayaraq, dindən uzaq cəmiyyətlərin bütün fərdlərində olan ruhi xəstəlikdir. Qurandan uzaq, dini yaşamayan bir insanın romantizmdən qurtulması mümkün deyil. Çünki duyğusallıq ancaq insanın ağlı ilə, yəni Quran əxlaqı ilə hərəkət etməsi nəticəsində ortadan qalxa bilər. Qurana əməl etməyən birinin isə bir az əvvəl ifadə etdiyimiz kimi ağıldan istifadə etməsi mümkün deyil.
Duyğusallıq cahiliyyə cəmiyyətlərində "yaxşı insan" ölçüsü olaraq qəbul edilən, bu səbəbdən də bəziləri üçün öyünmə vasitəsi olan əhəmiyyətli bir ruhi pozuqluqdur. Ancaq əksəriyyətin qənaətində duyğusallıq elə müsbət bir məna qazanmışdır ki, ağlamayan bir insanı asanlıqla qəlbsiz, duyğusuz bir insan kimi qiymətləndirirlər.
Görəsən duyğusallıq zənn edildiyi kimi bu qədər məsum bir xüsusiyyətdirmi? Bu problemin cavabını araşdırsaq, duyğusallığın son dərəcə dəhşətli nəticələr doğurduğunu görəcəyik. Əvvəlki hissələrdə bunun ictimai sahədəki təsirlərini açıqca gördük. Ancaq duyğusallığın gündəlik həyatda da son dərəcə zərərli təsirləri vardır. Duyğusallıq insanların şikayət etdikləri və cavab axtardıqları bir çox mövzuda aciz qalmalarının başlıca səbəblərindəndir.
Halbuki, problem olaraq dilə gətirilən hər şeyin həlli, yaşanan çətinliklərdən qurtuluş yolları Quranda mövcuddur. Quranı özlərinə rəhbər edənlər ağlın qazandırdığı üstünlüklərə sahib olurlar:
emotionalwoman
Duygusal insan, sıkıntıdan, hüzünden asla kurtulamaz. Kendi eliyle kendine zulmetmiş olur.
... Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)
Yəqin ki, uşaqlığınızdan bəri qəzetdə oxuduğu bir haqsızlığa, televiziyada seyr etdiyi ac insanlara ağlayanların, onların olduqları vəziyyətə kədərləndiklərini ifadə edənlərin vicdanlı insanlar olduğuna dair şərhlər eşitmisiniz. Halbuki romantik insanların səmimi bir maraq və səy göstərmədən yalnız göz yaşı tökməkdən, şikayətlənməkdən kənara çıxmayan bu reaksiyaları problemə heç bir fayda verməz. Bu cür insanlar ağlayıb özlərinə dərd etdikləri insanların problemlərinə çıxış yolu tapmaqdan çox onlara kədərlənməkdən zövq alarlar: təhtəlşüurda duyğusallığın qaranlıq halını yaşamaq nəfslərinin daha çox xoşuna gələr. Pessimizm, ümidsizlik, ağrı-acı, kədər, depressiya kimi cəhənnəmə xas xüsusiyyətlərin bu dünyada şeytanın duyğusallıqla azdırdığı insanlara cazibədar gəlməsi də olduqca maraqlıdır.
Bu mövzunun əhəmiyyətli bir istiqaməti daha vardır: televiziya qarşısına keçib heç bir şey etmədən göz yaşı tökən bu insanlara bir şey etmələri təklif edilsə, boş dayanmamaları deyilsə də, dəyişən bir şey olmaz. Bu vəziyyətdə də "mən tək başıma nə edə bilərəm ki?", "mənim etdiyimdən nə olacaq?" kimi bəhanələrlə mövzudan qaçmağa çalışarlar.
Duyğusal insanlar ətraflarında meydana gətirdikləri mənfi aura nəticəsində hadisələri qarışıq və problemin həllini qeyri-mümkün göstərərək, özləri kimi ətraflarındakıları da pessimizmə və ümidsizliyə sövq edərlər.
Bir çox gözəl əxlaq xüsusiyyəti duyğusallığın tərkibində yaşandığında bu gözəlliyini itirər, hətta son dərəcə təhlükəli vəziyyət yaranar. Məsələn, şəfqət Allahın Quranda təşviq etdiyi üstün bir əxlaq xüsusiyyəti olmasına baxmayaraq, romantik bir adamın şəfqəti zalım bir insana yazığı gəlmək, bu adamın etdiklərini xoş görmək, zülmü ilə razılaşmaq kimi yanlış şəkillərdə tətbiq oluna bilər. Bu baxımdan ağıllı bir insan üçün duyğusallığa aid heç bir üslubu, heç bir rəftarı və məntiqi də məqbul görmək mümkün deyil. Çünki bu cür bir zehniyyət olduğu müddətdə duyğusallığa aid hərəkətlər mühit və şərtlərə görə daha ciddi xarakter ala bilər.
sad boycrying
Karamsarlık, umutsuzluk, acı, keder, bunalım gibi cehenneme özgü vasıfların, bu dünyada şeytanın duygusallıkla saptırdığı kimselere çekici gelmesi şaşırtıcı bir durumdur. İnsanlar Allah'a tevekkül etmenin huzurunu yaşayacaklarına, kendilerini hiç sonu gelmeyen bir sıkıntıya sokmaktadırlar.
Ancaq burada həssas olmaqla duyğusal olmaq arasındakı fərqi də göstərmək lazımdır. "Həssas, mülayim olmaq" Allahın Quranda peyğəmbər xüsusiyyəti olaraq vurğuladığı üstün bir xüsusiyyət ikən, duyğusallıq Quranda təsvir edilən əxlaqın tam əksidir. Möminlər duyğusal deyil, həssas insanlardır. Başqa sözlə desək, həm ağıllı və mülayim insanlardır, həm də insani istiqamətləri son dərəcə qüvvətlidir. Belə ki, əsl üstünlük də adamın bu xüsusiyyətləri bir yerdə saxlaya bilməsidir. Allah Quranda İbrahim Peyğəmbərin bu gözəl əxlaqını "Həqiqətən, İbrahim həlim, (Allaha) çox yalvaran və Ona üz tutan bir şəxs idi." (Hud surəsi, 75) ayəsi ilə bildirir.
Unudulmamalıdır ki, romantik insanların bir adama ancaq yazığı gələr, onu düşdüyü çətin vəziyyətdən qurtarmaq, problemlərini həll etmək üçün heç bir cəhd etməzlər. Amma Allahın əmr etdiyi həssaslığa sahib bir insan yazığı gəldiyi insanlara kömək etmək üçün də əlindən gələni edər, problemləri həll edər, insanları çətin vəziyyətdən qurtarmaq üçün lazımi tədbirləri görər. Əsl şəfqət və sevgi də budur.

Duyğusallıq Ağılı Necə Örtər?

angry manangryman
Akılcılıktan uzaklaşıp, duygularının kontrolüne giren bir insan kolayca hiddetlenebilir, kinlenebilir ve hatta şiddete dahi başvurabilir. Oysa iman eden akıllı bir insan, Allah'ın emri gereği "öfkesini tutup yener", daima itidalli bir tutum içinde olur.
Əlbəttə, hər insan sevgi, şəfqət, mərhəmət, qorxu kimi duyğularla birlikdə yaradılmışdır. Bu duyğulara sahib olmaq insani bir xüsusiyyətdir. Bizim burada vurğulamaq istədiyimiz mövzu isə bir insanın sağlam və stabil bir ruh halına sahib ola bilməsi üçün bu duyğularını imanı və ağlı ilə idarə etməsi, istiqamətləndirməsidir. Məsələn, sevgi insana ən başda onu yoxdan var edən, ona saysız-hesabsız ruzi və nemət verən və sonsuz xoşbəxtlik dolu bir həyat vəd edən Allaha qarşı duyulması üçün verilmişdir. Bundan sonra da Allahı sevən və Allahın da özlərini sevdiyi insanlara qarşı, yəni möminlərə qarşı yönəldilməli olan bir duyğudur. İnsanlara qarşı yönəldilən sevgidə ölçü adamın Allaha olan yaxınlığı, Allahın sərhədlərini qorumaqda göstərdiyi həssaslıq, Allah qorxusu, yəni təqvasıdır. Bütün bu sevgilər də yenə Allah üçün və Allahın təcəllilərinə qarşı yönəldilən sevgilərdir. Allaha və dinə qarşı düşmənçilik bəsləyənlərə qarşı sevgi bəslənilməsi Quranda möminlərə haram edilmişdir.
Eynilə, Allah möminlərə ancaq Ondan qorxmalarını, başqa heç kimdən və heç nədən qorxmamalarını əmr etmişdir. Çünki hər kəsin və hər şeyin varlığı Allahın hakimiyyətindədir, Allahdan başqa heç bir güc və qüvvət sahibi yoxdur, bu səbəbdən qorxmağa layiq başqa bir varlıq da yoxdur.
Başqa bir nümunə olaraq da əsəb duyğusunu göstərə bilərik. Əsəb insanlara qarşı edilən haqsızlıqlara, ədalətsizliklərə, Allaha və dinə qarşı göstərilən düşmənçiliklərə, zülmlərə qarşı möminlərin məsuliyyət və ruh yüksəkliyi hisslərini xəbərdar edən, hərəkət etdirən bir duyğudur. Lakin möminin bu hisslərinin hərəkətə keçməsi hər zaman ağıl, təmkin və gözəl əxlaq çərçivəsində reallaşar. Heç bir zaman mömini ədalət və mərhəmətdən uzaqlaşdırmaz. Mömin əsəbləşərək haqsızlığa qarşı haqsızlıq, zülmə qarşı zülmlə cavab verməz, ədalətsizlik etməz. Belə ki, bu cür etməsi Quranda qadağan edilmişdir.
crying mancrying woman
Duygusal insanların çoğunlukla eli kolu bağlı oturan, sadece ağlamakla yetinen, yakınıp şikayet eden ama bu yakınmaları, rahatsızlıkları sadece sözde kalan kişiler olduklarına şahit oluruz. Bu insanlarda kendine acıma hissi o kadar yoğundur ki, hiçbir sebep olmasa da kendilerine ağlayıp sızlanacak bir konu oluşturabilirler.
Duyğuları ilə davranan insan isə bəzən öz mənfəətinə zidd olan adi bir hadisədə belə böyük bir əsəb keçirə bilər. Hadisələr onun istədiyi kimi baş vermədikdə, bir insan onun arzuladığı bir şeyi etmədiyində anidən əsəbləşə bilər. Daxilən əsəb keçirdiyindən gözlənilmədən bir anda hökmü və mühakiməsi tamamilə bağlanaraq qeyri-ixtiyari hərəkətlər edə bilər.
Göründüyü kimi, insan Allahın onda yaratdığı duyğuları Allahın razılığı istiqamətinə yönəltməlidir. Yəni, Allahın razı olmadığı bir sevgi anlayışını, qorxunu, ya da əsəbi özündə saxlamamalıdır. Əks halda, Allahın göstərdiyi deyil, duyğularının göstərdiyi yolu mənimsəmiş olar. Bu da bir şirkdir (şərik qoşma).
Bax, insanda yaradılışdan var olan bu duyğular ağlın istiqamətləndirməsindən uzaqlaşanda, duyğusallıq dediyimiz xəstəlik başlayır. Həmin insanın davranışlarını, danışığını, hərəkətlərini, düşüncəsini, hadisələrə yanaşma tərzini duyğuları idarə etməyə başlayır. Bu zaman adam artıq ağlının idarəsindən çıxaraq, duyğularının idarəsi altına düşür. Belə bir insanın duyğuları ağlının önünə sədd çəkmiş, ağlını örtmüşdür.
Heç bir Qurani ölçü güdmədən sevdiyi insana ölənə qədər aşiq olan bir adamın və ya müdirindən, ərindən, hər hansı birindən şiddətlə qorxan bir kimsənin, ya da qəzəblənən bir insanın ağıllı davranmasını gözləmək mümkün deyil. Çünki bu insanlar sərhəd və ölçü tanımayan duyğularının əsiri olmuşlar və bunun nəticəsində də ağılları bağlanmışdır.
crying
Duyğusallıq insanı reallıqdan uzaqlaşdırır. Duyğusal insanların ən diqqətə çarpan xüsusiyyətlərindən biri də xarici dünyanı yaşamağı istəməmələridir. Bu ruh halındakı bir kimsə xəyal aləmində yaşayar. Reallıqla arasındakı əlaqə son dərəcə zəifdir. Ağlın və məntiqin yerini duyğular, reallığın yerini isə xəyallar tutmuşdur. Bu baxımdan, romantik bir adamla əlaqə qurmaq, yəni bu adamla dialoqa girmək, onunla məsləhətləşmək, tövsiyə vermək o qədər də asan deyil. Əslində duyğusallıq psixiatriyada "şizofreniya" adlanan ruh xəstəliyinin yüngül formasıdır. (Əvvəl də ifadə etdiyimiz kimi, şizofreniya xəstələri reallıqdan tamamilə uzaqlaşaraq, öz xəyal dünyalarında yaşayırlar).
Duyğusal insanların vəziyyətini televiziya qarşısında film seyr edən bir kimsənin ağlamasına bənzədə bilərik: belə bir kimsə reallıqdan o qədər uzaqlaşmışdır ki, bu filmdə oynadığı rola görə pul alan, hətta bəlkə də həyatda hər cür pis əxlaqı üzərində daşıyan bir insanın filmdəki roluna görə əziyyət çəkdiyi üçün ona kədərlənə, hətta ağlaya bilər. Ağıllı bir adamın əsla düşməyəcəyi bu vəziyyət romantik bir zehniyyətin insanı reallıqdan nə cür qopardığını, nə qədər qeyri-sağlam düşüncəyə itələdiyini açıqca göstərməkdədir. Bax, bu yanlış dünyagörüş gündəlik həyatda yaşanan hadisələrə də əks olunmaqdadır.
Duyğusal insanların əksəriyyətinin əli-qolu bağlı oturan, yalnız ağlamaqla kifayətlənən, şikayətlənən, amma bu şikayətlənmələri, narahatlıqları yalnız sözdə olan insan olduqlarının şahidi oluruq. Məsələn, bir yaxınının qəzaya düşdüyü xəbəri gəlir, bunda mütləq bir xeyir olduğunu, sonra da necə kömək edə biləcəyini düşünmək yerinə, romantik bir adam ağlamağa başlayır və huşunu itirir. Sağlamlıqla əlaqədar lazımlı tədbirlər alınmışmı, həkim, dərman vəziyyəti necədir kimi sual vermək və necə yardım edə biləcəyini öyrənmək yerinə, şəxsən özü təsəlliyə, köməyə möhtac vəziyyətə düşür.
sensualityromanticism
Duygusal insanların en belirgin özelliklerinden biri de, karşılaştıkları sorunlar karşısında çözümsüz kalmaları, hemen karamsar bir ruh haline bürünmeleridir. Duygularıyla değil aklıyla hareket eden, tevekküllü insanlar ise, her olay karşısında benzeri olmayan, sayısız çözüm üretebilirler.
Başqa bir misal: yanında birinin halının birdən pisləşdiyini görür. Amma bu adama ilkin yardım göstərib təcili yardım çağırmaq əvəzinə, özü təlaşlanmağa, çaxnaşma yaratmağa, heyfslənməyə, şüursuz və ağılsız reaksiyalar verməyə başlayır. Hadisəni belə izah edə bilməz, qısacası yaşadığı duyğusallıq onu ağlını istifadə edə bilməz hala gətirdiyindən belə bir adamla bütün əlaqə kəsilər.
Ya da özünün ciddi bir narahatçılığı vardır. Ancaq bunu bildiyi halda, həkimə getdiyində ciddi bir xəstəlik diaqnozu ilə qarşılaşacağını, qorxub kədərlənəcəyini düşünərək xəstəliyinin əlamətlərini əhəmiyyətli hesab etməz. Ağıllı tərpəndiyində ala biləcəyi tədbirləri görməməzlikdən gələrək, xəstəliyini müalicə etdirmə fürsətini itirə bilər.
Nümunələrini daha da çoxalda biləcəyimiz duyğusal insanların göstərdikləri bu məntiqsiz, ağılsız reaksiyalar həyati baxımdan ciddi nəticələr meydana gətirə bilər. Nəticədə, bu insanlar şeytanın təsiri ilə ətraflarında baş verən və mənfi kimi görünən hadisələrdən elə sarsılırlar ki, özlərinə kömək etmək, təskinlik vermək lazım gəlir. Halbuki bir az ağıllı davranaraq yaşadıqları hadisələr qarşısında məqsədəuyğun qərarlar versələr, bu problemləri həll edə bilərlər.
Göründüyü kimi, romantik insanlar ağıllı nəticələr çıxaran, insanları istiqamətləndirən deyil, daim nəzarətdə olan, sahib çıxılan, insanlara yük olan insanlardır. Bütün bunların nəticəsində də, bu insanlar ağıldan istifadə edə bilməyən, daxilən qeyri-məsud, narahat, ətraflarına problem yaradan zümrəni meydana gətirirlər. Məsələn, duyğusal bir adam yanında köməyə ehtiyacı olan biri olduğunda, bu adama kömək etmək yerinə heyfslənməyi, "vay, vay, təəssüf" kimi ifadələr işlətməyi kafi görə bilər. Belə bir vəziyyətdə ağıl tamamilə arxa plana keçir. Bu səbəbdən də, bu anlayışdakı bir kimsədən bir fayda gözləmək səhv olar.
romantic
Allah Quranda bu kimi insanlarla möminlərin fərqini belə izah edir:
Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? (Nəhl surəsi, 76)
Möminlər hadisələrə duyğusal deyil, ağılla reaksiyalar verərlər və hər vəziyyətdə yuxarıdakı ayədə bildirildiyi kimi "ədalətli işlər görməyi əmr edər", yəni doğru olanın edilməsini təmin edərlər. Yaşadıqları hər hadisənin Allahın təqdiri ilə olduğunu bildiklərindən və Allahın özləri üçün dilədiyindən başqa heç bir şeyə güclərinin çatmayacağının şüurunda olduqlarından, bunun təslimiyyəti və rahatlığını yaşayarlar. Gözlənilməz bir reaksiya verməz, əsla ümidsizliyə qapılmaz, pessimist olmazlar. Çatışmamazlıq kimi görünən hadisələri belə Allahın özləri üçün bir gözəllik olaraq yaratdığını dərk edərlər.
Duyğusallığın təhlükəli istiqamətlərindən biri də bu adama səhvləri izah edildiyində, bunu qətiyyən qəbul etməməsi, hətta belə bir ehtimalı dinləməyi də ən başdan rədd etməsidir. Duyğusal bir insan kənardan gələn hər cür fikrə elə bağlıdır ki, dərhal haqsızlığa uğradığı hissinə qapılaraq ya kədərlənib ağlamaya başlayar, ya da küsüb bir kənara çəkilər. Bu baxımdan, romantik bir kimsəni tənqid etmək, ona bir şeyi xatırlatmaq, tövsiyə etmək belə mümkün olmaz.
Duyğusallıq insanlara küsəyən bir xarakter qazandırar. Bunun nəticəsində bu insanlar hər deyilən sözün altında özlərinə bir mesaj olduğunu düşünərək, son dərəcə fərqli və şişirdilmiş nəticələr çıxara bilərlər. Heç bir şərh etmədən uzun müddət danışmamaq, üzünü turşutmaq, salamlaşmamaq kimi etiraz üsullarından istifadə edə bilərlər. Real düşünə bilmədiklərindən, ya da həqiqətlə üz-üzə gəlməkdən çəkindikləri üçün onları tənqid edib düzəltmək də mümkün olmaz. Bir az əvvəl də ifadə etdiyimiz kimi, bu zehniyyətdəki insanlar onlara deyilən hər sözü ya özlərinə edilmiş bir haqsızlıq olaraq qiymətləndirərlər, ya da ümidsizliyə qapılarlar. Belə ki, Allah özlərinə bədbəxtliyi seçən bu cür insanlardan bir ayədə belə bəhs edir:
(Allahdan) qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. (Əla surəsi, 10-11)sad woman
Nəticədə, ağıllarından istifadə edə bilmədikləri üçün duyğularının təsiri altına düşən və buna görə gündən-günə ağılları daha da örtülən insanların bu hallarından təmizlənmədikcə dini qavramaları və yaşamaları mümkün deyil. Çünki Peyğəmbərimiz (s.ə.v.) "Ağlı olmayanın dini yoxdur" demişdir. Duyğusal, ağılsız bir insan sağlam bir mühakimə yürütmək qabiliyyətindən, tutarlı bir məntiqdən məhrumdur. Mömin üçün çox açıq olan bir mövzuda ziddiyyətlərə düşər. Vəsvəsələrlə boğuşar. Təmiz ağıl sahibləri üçün bir öyüd olan Quranı anlaya bilməz, ondan öyüd ala bilməz, Allahı təqdir edə bilməz, özünün ətrafında, kainatda baş verən hadisələrin yaradılış hikmətlərini, dünyanın, cənnətin, cəhənnəmin yaranma səbəblərini qavraya bilməz. Allahdan başqa ilah olmamasının nə məna verdiyini anlaya bilməz. Bu şüursuzluqdakı bir kimsənin hər fikri, hər düşüncəsi, hər məqsədi, hər niyyəti, hər davranışı özünü bir şirkdən başqa bir şirkə sürükləyər.
Bu, şeytanın insanları Allahın yolundan sapdırma üsullarından biridir. Quranda şeytanın insanları cəhənnəmə sürükləmək üçün hər cür üsulu istifadə edəcəyi belə bildirilmişdir:
Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. (Nisa surəsi, 118-120)
Allahın bu ayələrini bilərək şeytanın vəsvəsələrindən üz çevirən, bu səbəbdən duyğularının təsirinə qapılmadan ağlını istifadə edən bir kimsə həqiqətləri dəqiq və aydın görər, ona görə davranar. Duyğusal, bu səbəbdən ağlı örtülmüş bir kimsənin içindən çıxa bilmədiyi, çox kompleks, ziddiyyətli, açıqlanması mümkün olmayan kimi gördüyü mövzular, ağıllı bir möminin gözündə son dərəcə asan, açıq, dəqiq və sadədir. Duyğusal insanlar ağıllarını bir kənara qoymuş, özlərini şeytanın sehrinə və iradəsinə təslim etmiş bir şəkildə şirkin qaranlığı və bataqlığı içində əbədi əzablarına doğru sürüklənərlər.
depressionwoman
Şeytan, verdiği vesveselerle duygusal insanları kolayca yönlendirir. Onları ümitsizliğe kaptırır ve çaresizliğe düşürür.

Romantizmin Növləri

Romantizmin Növləri

Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər. Səbr edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
(Hud surəsi, 9-11)
Ağlın bağlanmasına səbəb olan duyğusallıq insanı şeytanın bütün təlqinlərinə qarşı açıq hala gətirər. Şeytan duyğusallıq silahı ilə dindən uzaq yaşayan insanları və cəmiyyətləri dilədiyi şəkildə istiqamətləndirərək hər cür azğınlığa sürükləyə bilər. Bunun bəzi nümunələrini kitabın ilk hissələrində araşdırdıq, romantik milliyyətçilik, kommunizm kimi ideologiyaların insanları və cəmiyyətləri duyğusallığı istifadə edərək necə həlaka sürüklədiyini gördük.
Gündəlik həyatımızda isə romantiklik müxtəlif formalarda özünü göstərir. Sonrakı səhifələrdə romantikliyin bəzi növlərini başlıqlar altında araşdıracağıq:

Kədər və Pessimizm

İnsan gözəlliklərdən zövq alacaq, sevinc, rahatlıq içində yaşamaq istəyi duyacaq şəkildə yaradılmışdır. Bu baxımdan bir insanın qarşısına çıxan çətinlikləri ən qısa zamanda ortadan qaldırmaq, ya da bunları gözəlliklərə, sevinc vəsiləsinə çevirmək istəməsi ən təbii səyi olacaq. Şübhəsiz dinclik, güvən duymaq, şən, xoşbəxt, rahat olmaq, cismən və ruhən sağlam olmaq üçün son dərəcə əhəmiyyətli ünsürlərdir.
Ancaq insanlar Qurana görə deyil, öz ölçülərinə, istək və ehtiraslarına, duyğularına görə hərəkət etdikləri zaman kədər, çətinlik, qorxu onlara hakim olar. Məsələn, Quranda təsvir edilən təvəkkül, qədər (tale), təslimiyyət anlayışına sahib olmayan kimsə sabah ona və yaxınlarının başına nə gələcəyini bilmədiyindən daim narahatlıq hissi keçirər.
Halbuki insan Allahın qulları üçün seçib bəyəndiyi dinini yaşadığı, Quran əxlaqına sahib olduğu təqdirdə bu çətinliklərin heç birinə düşməyəcək, bu problemlərin heç birini yaşamayacaq. Allah elçiləri vasitəsilə bildirdiyi bu həqiqəti ayələrdə belə xəbər verir:
... hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq... (Taha surəsi, 123-124)
regretting
Duygusal insan gün içindeki her detayı olumsuz değerlendirip, olanlardan dolayı üzülür, kızar, pişman olur veya bunları aksilik olarak yorumlar.
Ayədə deyildiyi kimi, bir çox insan isə Allahın zikrindən üz çevirdiyi üçün qeyri-məsud olar, sıxıntılı bir həyat tərzi keçirər. Bundan başqa, həyatın təsadüflərdən ibarət olduğuna inandığı üçün gələcəkdə gözəl nəticələr ola biləcək şeyləri də bir tərslik, çatışmamazlıq olaraq görər, bunların da sıxıntısını çəkər. İşdən çıxarılmaq, pulsuz qalmaq, aldadılmaq, xəstələnmək, ya da təltif edilməyi gözləyərkən lağ olunmaqla, sədaqət gözləyərkən nankorluqla əvəz görmək kimi qorxuları isə daim zehnini məşğul edər. Hər an kədərli bir xəbər almağın, xoşuna gəlməyəcək bir rəftar, ya da sözlə qarşılaşmağın təlaşını keçirər. Ən rahat, xoşbəxt anında belə yaşadığı bu anı daimi edə bilməməyin narahatlığını keçirərək kabus dolu bir həyat yaşayar. Bir ayədə Allah Qurandan uzaqlaşaraq bir ruh halı içinə girən insanların vəziyyətini belə açıqlayır:
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)
Dindən uzaq həyat tərzi keçirən insanlar sevgi, şəfqət, mərhəmət, fədakarlıq, qardaşlıq, təvazökarlıq kimi Qurandakı gözəl əxlaq xüsusiyyətlərinə sahib olmayan insanlarla birlikdə olduqları üçün də təbii olaraq etibarsızlıq və narahatlıq içində olarlar. Heç kimin heç kimə qarşılıqsız kömək etmədiyi, qazanc əlaqələrinə əsaslanan dostluqların yaşandığı, səhvlərin hirslə qarşılandığı, hər kəsin bir-birinin haqqını yediyi, arxasından dedi-qodu etdiyi, səmimi fikirlərini söyləmədiyi süni, can ağrıdan bir sistemin içində yaşamaq duyğusallıq içindəki bir kimsə üçün bədbəxtlik səbəbidir.
Ancaq bu insanlar düşüncələrinə görə gözəl bir mühitdə olsalar da, dəyişən bir şey olmaz. Ətraflarında baş verən saysız müsbət mövzu olsa da, duyğusal kəslər bu mövzulara həmişə mənfi cəhətdən yaxınlaşarlar. Havanın isti və ya soyuq olması, yağışlı və ya küləkli olması, qısacası hər şeyə mənfi baxdıqlarından bu, onlar üçün bir çətinliyə çevrilər. Bir çox nümunələr verə biləcəyimiz bu hallarının gün boyunca davam etməsi Allahın "Qoy onlar etdikləri (günahların) cəzası olaraq az gülüb çox ağlasınlar." (Tövbə surəsi, 82)ayəsinin bir təcəllisidir. Bir başqa ayədə Allah inkarçıların bu reaksiyalarını belə bildirir:
Ona bir pislik toxunduqda özündən çıxır. (Məaric surəsi, 20)
İman etməyənlərin bədbəxtliklərinin başqa bir səbəbi isə planladıqları işin gözlədikləri kimi getməməsidir. Məsələn, duyğusal bir adam yoldaşını razı etmək üçün bir yemək bişirir, istədiyi nəticəni görməyəndə kədərlənir; pul yığıb yoldaşına bir hədiyyə alır, kifayət qədər sevindirə bilmədiyini düşünərək yenə kədərlənir; bir ev alır, rəngsaz yaxşı rəngləməyib deyə məyus olur. Məyus olmasının səbəblərinin isə sahı-hesabı olmaz. Pərəstiş etdiyi futbol komandasının məğlub olması, imtahandan gözlədiyi qiyməti almaması, işinə gecikməsi, nəqliyyatın tıxanması, eynəyinin qırılması, saatını itirməsi, qonaqlıqda ən sevdiyi paltarının ləkələnməsi və s. hər şey onun məyusluğuna səbəb olar.
Hadisələrə səthi şəkildə duyğusal bir yanaşma ilə reaksiya verən bir insan özü ilə əlaqədar və ya ətrafında baş verən hadisələrin sonrakı mərhələdə özü üçün nə kimi xeyir ola biləcəyini ağlına gətirməz. Halbuki avtobusa gecikdiyi üçün dərhal kədərlənən bir adam avtobusun bir an sonra qəza etməyəcəyini haradan bilər? Bəlkə də Allah ona başına gələcək belə bir qəzaya mane olaraq qədərində (taleyində) avtobusa gecikməsini vəsilə etmişdir. Ya da hər gün qarşısından keçdiyi və çox yaxşı bildiyi bir döngəni ötürərək yanlış bir yola gedən bir adam hadisələri öz səthi dünyagörüşü ilə qiymətləndirdiyində özünə əsəbləşərək, yolunu uzatdığı üçün nəşəsi pozulacaq. Halbuki onu yola döndərməmiş olan Allahdır, hər hadisə kimi bu da qədərdir (taledir).
Məsələn, çox istədiyi bir işə götürülməməsi qafil bir kimsə üçün böyük bir tərslik və bir kədər səbəbidir. Bu yanaşmadakı bir kimsə işə girməsinin özü üçün çox yaxşı olacağına əmindir. Əksini isə çox böyük bir itki kimi görür. Halbuki imanlı bir kimsə Allahı dostu, vəlisi olaraq bildiyindən Allahın onun üçün təqdir etdiyi nəticəni təslimiyyətlə, sevinclə, şövqlə qarşılayacaq. Bəlkə bu iş mühiti sağlamlığına pis təsir edəcək bir mühitdir, bəlkə daha yaxşı bir fürsət əldə etməsi üçün bu işə girməməsi lazımdır.
Ya da səhər avtomobilinə mindiyində avtomobilinin işləmədiyini görən bir kimsə qafil davranaraq bunu bir çatışmamazlıq kimi düşünə bilər. Ancaq əslində avtomobil Allah dilədiyi üçün işləmir və Allah avtomobilin işləməməsində xeyir görür. Bundan əlavə, adam bu hadisədəki hikməti görməyə bilər, ancaq hikmətini bilsə də, bilməsə də Allahdan razı olmalıdır.
İnsanlar istəmədikləri şəkildə baş verən hadisələrə çatışmamazlıq deyərlər. İnsan "çatışmamazlıq" zənn edər, halbuki ən doğrusu qədərdə o hadisənin o şəkildə olmasıdır. Gün ərzində insanları üzən, rahatlığını pozan, hirsləndirən, sıxan, çatışmamazlıq, tərslik dedikləri hadisələrin hikmət və xeyirlərini Allah göstərsə adam kədərlənməsinin nə qədər səhv olduğunu anlayacaq və əksinə nəşə və sevinc içində olacaq. Qədər (tale) adama bütünlüklə göstərilsə, ya da çatışmamazlıq kimi görünən hadisələri qədərdə görsə, olanlar üçün heç kədərlənməyəcək.
Bu baxımdan ən ağıllı rəftar Allaha təslim olaraq yaşamaqdır. İnsan dərk etsə, etməsə də, qəbul etsə də, etməsə də Allaha təslimdir. Ancaq bunun şüurunda yaşamaq əhəmiyyətlidir. Bu şüura sahib olan möminlər rahatlıq və güvəndə Allahın özləri üçün təyin etdiyi qədəri yaşayarlar.
İnsanların çoxu doğum, ölüm, əcəl, ruzi kimi mövzulardan başqa şeylərin qədərdə (taledə) olmadığını, tərslikdən, tədbirsizlikdən meydana gəldiyini, dolayısı ilə də qədərlə əlaqəli olmadığını fikirləşirlər. Halbuki bu yanılma onları qədərdə təsbit edilmiş hadisələrə qarşı üsyan etdirər, onların hüzn duymalarına səbəb olar. Bütün hadisələri əleyhlərində qiymətləndirmələri də onlara bir əzab yaşadar. Bunun nəticəsi olaraq duyğusal insanların şən halları da çox qısa və bir anlıq olar. Bir şeyə çox sevindikdən qısa müddət sonra ağıllarına kədərlənəcəkləri bir şeyi gətirib təkrar pessimist ruh halına geri dönərlər.
Bütün bunlar dini yaşamamağın təbii və qaçınılmaz nəticələridir. İman olmadığında adam hüznə və ümidsizliyə məhkum olar. Belə ki, dünyada Allahın əmr və tövsiyələrini güdmədən ömürlərini məsuliyyətsizcə yaşayanlar axirətdə bu bədbəxtliklərini özləri təsdiq edəcəklər:
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq. (Muminun Surəsi, 106)
Əlbəttə ki, Allah adamı bu dünyada bəzi çətinliklərlə sınaya bilər. Ancaq mömin Qurandan xəbərsiz insanlar kimi bu çətinliklər qarşısında hüznə və pessimizmə qapılmaz, duyğusallaşmaz. Çünki bilər ki, Allah onun bu çətinlik qarşısında necə davranacağını sınayır. Bunun həlli nə ağlamaq, nə kədərlənmək nə də heyfslənməkdir. Bunun həlli "yalvardığı zaman ona cavab verən, şəri sovuşduran" (Nəml surəsi, 62) Allahdan kömək istəməsi, yalnız Ona güvənməsidir və Allahın duasına cavab verəcəyindən əmin olmasıdır. Allah mömin qullarına Quranda belə vəd etmişdir:
Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman gətirmiş və (Allahdan) qorxmuşlar. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunus surəsi, 62-64)
Allah çətinlik, sıxıntı kimi görünən anları da xüsusi olaraq bir çox hikmətlə yaradır. İman gözü ilə baxan bir kimsə Allahın yaratdığı hər şeydəki gözəllikləri, hikmətləri görərək şövqlənəcək, sevinci daha da artacaq. Bu səbəbdən adamın Allaha olan təslimiyyəti rahat, qənaətbəxş bir ruh halında olması səbəbindən də dinclik və güvən duyğusu içində yaşamasını təmin edəcək.
Duyğusallıq isə insanları bu təvəkkül şüurundan tamamilə uzaqlaşdırmaqda, onları hadisələr qarşısında şişirdilmiş sevinclərə və ya şişirdilmiş kədər və qüssələrə sürükləməkdədir. Allah ümidsizlik və ərköyünlük arasında qalan bu insanların vəziyyətini və möminlərin bunlardan fərqini Quranda belə təsvir edir:
Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər. Səbr edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Hud surəsi, 9-11)

Qəzəb və Əsəbilik

Duyğusallıq qadınlarda daha çox hüzn, pessimizm, ağlama, şikayətlənmə şəklində özünü büruzə verərkən, kişilərdə də əksəriyyətlə qəzəb, əsəbilik, təcavüzkarlıq şəklində özünü göstərir. Məsələn, duyğusal bir kişi avtoparkda özünə ayrılmış yerdə başqasının avtomobilini görüncə qışqırıb çığıraraq avtomobili təpikləyər. Ya da yolda gedərkən bir kimsənin səhvən çiyninə toxunması asanlıqla onun hiddətlənməsinə gətirib çıxarar. Və ya evdən çıxarkən açarı evdə unudan uşağına, telefonda onu gözlədən katibəyə, nəqliyyatdakı maşınlara əsəbləşib ağzına gələni söyləyə bilər. Ağıllı bir insanın asanlıqla həll edə biləcəyi problemlər, hətta ağlına belə gətirməyəcəyi yüzlərlə detal qarşısında duyğusal insan şişirdilmiş və lüzumsuz reaksiyalar verər. Çox vaxt da özünə zərər verərək gözdən salar.
angrystress
Kolayca hiddetlenmek, öfkeye hakim olamamak, bağırıp çağırmak, kendisine ya da başkalarına zarar vermek kişinin, aklıyla değil de duygularıyla hareket ettiğinin göstergesidir.
Kişilərdə qəzəb və əsəbilik şəklində yaşanan duyğusallıq "cavanlıq mədəniyyəti" adı verilən ruh halını daşıyan müəyyən bir ictimai qrupu meydana gətirir. Bu mədəniyyəti özündə əks etdirən qrupda hirs, romantizm zehniyyətinin qarışığı olan romantikliyin bir növü hakimdir. Bu insanlar əsasən qeyri-stabil, hər an, hər cür təcavüzkar davranış göstərən bir quruluşa malikdir. Bir anlıq əsəb nəticəsində qarşısındakını yaralaya və ya öldürə bilərlər. Bəzən qarşısındakı insan heç tanımadığı bir insan ola bilər. Qəzetlərin üçüncü səhifələri bu kimi insanların çıxardıqları hadisələr və işlədikləri cinayətlərlə doludur. Şən başlayan bir axşamın sonunda birdən əsəbləşib yoldaşlarını, yaxınlarını döyə bilər, küçədə gedərkən özlərinə "tərs baxdığı" üçün tanımadıqları bir insanı bıçaqlaya bilərlər. Bir an üçün azğın eqoist duyğularına tabe olmaları, həyatlarının geri qalan hissəsini həbslərdə keçirmələrinə yol aça bilər. Daha da əhəmiyyətlisi, Allah Qatında haqsız yerə bir insanı öldürdüyü üçün böyük bir günah işləmiş olarlar.
Əsəbi duyğusallıq son dərəcə dəhşətli nəticələr doğura bilən, hər an partlamağa hazır potensial bir təhlükədir. Duyğusal bir insan nəqliyyatda ona qarşı edilən yanlış bir hərəkət, ya da tanımadığı birinin narahatedici baxışı və ya çox adi bir səhv üzündən hirslənib başına müxtəlif dərd və bəlalar aça bilər.
Xüsusilə xaricdə rast gəlinən bəzi tərəfdarların göstərdikləri vəhşiliklər də tərəfdarlığın verdiyi duyğusallığın yol aça biləcəyi ağılsızlıq ölçüsünə bir nümunədir. Bıçaq və çubuqlarla silahlanaraq heç tanımadıqları insanlara hücum edən və öldürənə qədər döyən insanlar şeytanın duyğusallıq silahı ilə ağıl və şüurlarını korlaşdırdığı və cəmiyyətə təlqin etdiyi bir bəla halına gəlmişlər. Halbuki Allah insanlara şeytandan çəkinməyi, döyüş və qəzəbi deyil, sülh və təhlükəsizliyi axtarmağı əmr etmişdir:
Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208)
newspapers
1) The Mirror, 31.01.2002,
2)
 The Mirror, 20.02.2002,
3) Daily Express, 16.04.2002
4) The Daily Telegraph, 8.01.2002,
5) The Mail on Sunday, 24.02.2002,
6) The New York Times, 22.04.1999
1)Zaman Gazetesi, 15.01.2001 2)Posta Gazetesi, 09.10.1999 3)Hürriyet Gazetesi, 01.08.1999 Gazetelerin üçüncü sayfalarını açtığınızda, genellikle ani bir öfke ve duygusallıkla hareket eden insanların çıkardıkları olaylar ve işledikleri suçlarla karşılaşırsınız. Neşeli başlayan bir akşamın sonunda aniden sinirlenip arkadaşlarını, yakınlarını dövenler, sokakta yürürken kendilerine "yan baktığı" için tanımadıkları bir insanı bıçaklayanlar, borsada kaybettiği paralar yüzünden ailesini öldürenler, kendisi ile alay ettiği için birden öfkeye kapılıp arkadaşlarını öldürenler... Bu insanların bir an için azgın nefsani duygularına tabi olmaları, hayatlarının geri kalan bölümünü hapiste geçirmelerine, daha da önemlisi, insanları öldürme gibi büyük bir günah işlemelerine sebep olabilmektedir. İşte tüm bunlar, şeytanın insanları akılcılıktan uzaklaştırıp nefsin istek ve tutkuları ile hareket etmeye yönlendirmesi, ani duygu patlamalarına sürüklemesi ile gerçekleşmektedir.
Burada yenə duyğusallıqla ağıl arasındakı fərqi ayırd etmək lazımdır. Zülmə və pisliyə duyulan qəzəb və nifrət insanı ədalət, sülh və yaxşılıq mövzusunda daha çox həssas olmağa, zülmü və pisliyi ortadan qaldırmağa, zalımlara mane olmağa, günahsız və acizlərin haqlarını qorumağa yönəldər. Allahın insanlara verdiyi bu ədalət duyğusu ağıl və iradə ilə istiqamətləndirməlidir. Ağıl və iradədən məhrum insanlar iradə göstərib duyğularını tənzimləməzlər və doğru yoldan azaraq şeytanın istədiyi istiqamətə yönələrlər. Allah bir başqa ayəsində insanları şeytana qarşı belə xəbərdar etmişdir:
Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (Nur surəsi, 21)
footballsports
police
Spor müsabakaları ve özellikle de futbol karşılaşmaları pek çok insanın duygusallığa kapıldığı anlardır. Böyle durumlarda bu kişileri tamamen duyguları yönlendirir. Rahatça öfkelenip saldırganlaşabilir ya da duygusallaşıp ağlayabilirler. Çoğu zaman hareketleri kontrolden çıktığı için birbirlerine zarar verebilirler.

Şeytani Mərhəmət Duyğusu

Şeytanın vəsvəsələrinə uyan insanlar Allahın bir gözəllik olaraq verdiyi mərhəmət duyğusunu da bəzən azdıraraq tamamilə səhv istiqamətlərə yönəldə bilərlər. Allahın hökmləri ilə ziddiyyət təşkil edən bir mərhəmət anlayışı şeytani bir mərhəmətdir. Duyğusal insanlar rəhbər olaraq Quranı deyil, duyğularını əsas götürdükləri üçün şəfqət və mərhəmət duyğuları da yanlış şəkildə istiqamətlənər.
Məsələn, bir insan kiçik uşaqların, günahsız sevimli heyvanların ölümlərindən, insanların dərdlərindən kədərlənər. Ancaq burada şeytani mərhəmət dövrəyə girər və qarşılaşdığı hadisələr onu Allaha qarşı üsyana və şirk qoşmağa aparar. Halbuki bu cür bir təlqindən ağlını istifadə edib xilas olan insan reallığı təmiz və aydın bir şəkildə görəcək. Ölüm mömin üçün bir zülm, əziyyət və əzab olmadığı kimi, bir qurtuluş və sonsuz gözəl bir həyata atılan addımdır. Allahın qullarını öz Qatına aldığı bir qapıdır. Şeytan və onun dostları baxımından isə ölüm dünyadakı azğınlıqlarının, nəfslərinin, sərhədsiz ehtiraslarının sona çatdığı və özlərinə vəd edilən əbədi əzab qapısının açıldığı andır. Buna görə şeytan ölümü çirkin bir pislik olaraq görür və elə də göstərməyə çalışır. Bu cür qiymətləndirmə onun prizmasından doğrudur, lakin günahsızlara və möminlərə aid deyil. Cəhənnəmə gedəcək biri baxımından ölüm həqiqətən pis bir hadisədir, cənnətə gedəcək üçün isə sevindiricidir.
Şeytani mərhəmət, eyni zamanda, adamı qarşı tərəfə fayda deyil, tam əksinə zərər verəcək bir mərhəmət göstərməyə yönəldər. Dindən uzaq cəmiyyətlərdə insanlar qarşılarındakı adamın axirətdə zərərə uğrayıb-uğramayacağını düşünmədən hər şeyi etmələrinə göz yumarlar. Məsələn, pis bir əxlaq göstərməsinə izn verər, Allahın haram etdiyi bir hərəkətin edilməsinə səs çıxarmaz, hətta bu mövzuda köməkçi olarlar. Məsələn, oruc tuta biləcək yaşa gəlmiş olan uşağının "aç qalmasına dözə bilmədiyi üçün" oruc tutmasına icazə verməyən ana-ata, ya da əlində olduğu halda "oyandırmağa qıya bilmədiyi üçün" yaxınındakı insanı sübh namazına qaldırmayan bir kimsə əslində şeytani bir mərhəmətə malikdir.
Möminlərin bu mövzuda özlərinə götürdükləri ölçü isə göstəriləcək mərhəmətin qarşı tərəfin axirətinə mütləq müsbət istiqamətdə təsir etməsidir. Bəzən bir möminə olan sevgiləri və mərhəmətləri onlara qarşı bəzi tədbirlər almağı, ya da tənqid etməyi tələb edə bilər. Qarşılarındakı adamın etdiyi pis rəftarda onu tənqid edə bilər, olduğu vəziyyətdən daşındıracaq söhbətlər edə bilər, Quranın bir əmri olaraq pislikdən uzaqlaşdıra bilərlər. Əsl mərhəmət də budur. Çünki möminlər qarşılarındakı adamın nəfsinə ağır gələcək bir söz söyləyərək, onun Quran əxlaqından uzaq hərəkətinə mane olmaqla, o adamın sonsuz həyatını cəhənnəm kimi geri dönüşü olmayan bir əzab içində keçirmələrinə razı olmazlar. Bu səbəblə də Allahın ən bəyənəcəyi və ən çox məmnun olacağı əxlaqı yaşaması istiqamətində təşviq edərək onu cənnətə hazırlayar və dolayısı ilə də ola biləcək ən üstün mərhəmət nümunəsini göstərlər. Unutmamaq lazımdır ki, əsl mərhəmətsizlik qarşı tərəfin axirətini düşünmədən etdiyi səhvlərə bilə-bilə göz yummaqdır.
Şeytani mərhəmət özü ilə bərabər haqsızlıq və ədalətsizliyi də gətirər. Ağıl sahibi bir mömin hər vəziyyətdə ədalətlə və Allahın razılığına uyğun qərar verərkən, duyğusal insanlar şeytani mərhəmət hisslərinə və yazığı gəlmə duyğularına qapılaraq asanca ədalətsiz davrana bilər, haqsızlıq edə bilərlər. Nəfslərinin, duyğularının, istək və ehtiraslarının göstərdiyi istiqamətdə hərəkət edərlər. Şahid olduqları bir hadisə qarşısında haqlı-haqsız bilmədən, ədalətli və ağıllı qiymətləndirmə etmədən və ən əhəmiyyətlisi Quranın hökmlərini güdmədən cahilcə bir kədərlənmə duyğusuna qapılar və bu dünyagörüşlə hərəkət edərlər. Ümumiyyətlə, həm özlərinə, həm də qarşılarındakı insanlara zərər verəcək cəhdlər edər, yanlış istiqamətləndirmələr edər və səhv qərarlar verərlər. Bu səbəbdən də yaşadıqları mərhəmət Quranın əmr etdiyi gözəl əxlaqdan çox uzaq bir quruluş ortaya çıxarar.
Duyğusal insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri də eqoist olmalarıdır. Bu cür insanların xaricdən fədakarlıq kimi görünən rəftar və davranışları da əslində duyğularını təmin etmək üçün göstərdikləri davranışlardır. Bu səbəblə duyğusal bir insanın ədalətli davranmasını, haqqa niyyətli olmasını gözləyə bilmərik. Romantik bir kimsə özünün, yaxınlarının və sevdiklərinin əleyhinə çıxmamaq üçün ədalətli olmaq yerinə birtərəfli və haqsız hökm edər. Hətta ona müraciət edilən bir mövzuda həqiqətləri əks etdirməyən bir şahidlik etməsi, yaxını olduğu üçün edilən yanlış bir hərəkəti gizlətməsi də mümkündür.
Halbuki ədalətli davranmaq möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Belə ki, Allah Quranda hər şəraitdə, adam özü, yaxınları ya da düşməni bildiyi biri olsa belə, ədalətlə davranmağı əmr edir:
Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)
Bir başqa ayədə Allah insanları "ədalətli şahidlər" olmağa dəvət edir:
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin.... (Maidə surəsi, 8)
Ancaq duyğusal bir insanın ayələrdəki bu əmrləri əksiksizcə yerinə yetirməsi mümkün deyil. Çünki belə bir insan dərin bir eqoizmə sahib olduğundan hadisələri qiymətləndirmə şəkli, şərhləri də həmişə birtərəfli olar. Məsələn, başda özü olmaqla yaxınları, sevdikləri, ya da simpatiyası olduğu insanlara üstünlük verər, edilən çirkin rəftarlara, hətta cinayət hərəkətlərə qarşı da göz yuma bilər.

Minnətdarlıq Duyğusu

İnsandakı duyğulardan biri də minnətdarlıq, başqa sözlə desək, "təşəkkür" duyğusudur. İnsan istər doğuşdan, istərsə də həyatının hər anında həmişə bir nemət axını ilə qarşı-qarşıyadır. Özünə gələn nemətlər əksəriyyətlə səbəblər vasitəsilə olduğu üçün insan təşəkkür duyğularını bu səbəblərə istiqamətləndirməyə çox meyllidir. Halbuki bu duyğunun da həqiqi mənada yönəldilməsi lazım olan tək varlığın Allah olduğu Quranda dəfələrlə bildirilmişdir. Quranda bu minnətdarlıq "şükür etmək" olaraq bildirilir. Şükür etmək - vasitəçilər kim, ya da nə olursa-olsun, bütün nemətləri göndərənin yalnız Allah olduğunun və hər mövzuda yalnız Ona möhtac olduğunun şüurunda olmaq, Ona qarşı təşəkkür və minnətdarlığını ürəkdən və dil vasitəsilə bildirməkdir.
Yalnız Allaha şükür etmək, yalnız Ona minnətdar olmaq ayədə bir qulluğun göstəricisi olaraq ifadə edilmişdir:
Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!(Bəqərə surəsi, 172)
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi, 114)
Ayələrdə Allaha şükür etmək, başqa ilahlar qəbul etmədən, yəni şirk qoşmadan qulluq etməyin bir şərti və göstəricisi olaraq ifadə edilir. Həqiqətən də, yalnız Allaha şükür edən bir kimsənin bütün nemətlərin Allahdan gəldiyini, hər şeyin Onun əlində, Onun idarəsində olduğunu, yəni Allahdan başqa ilah olmadığını dərk etməsi mənasını verir. Bütün nemətlərin Allahdan gəldiyinin şüurunda olan bir kimsə isə yeganə güc, qüvvət və söz sahibinin Allah olduğunu, Ondan başqa ilah olmadığını qəlbinə yerləşdirmiş imana sahib bir kimsə deməkdir. Quranda təsvir edilən və təriflənən insan modeli də budur.
Duyğusal insanlarda isə vəziyyət başqa cürdür. Bu insanlar sahib olduqları bütün nemətləri Allahın bunları yaradarkən vəsilə (vasitə) etdiyi maddələrə və şəxslərə bağlayar və onlardan mədət umarlar. Onlara borclu qalar, onlara şükür etməyə çalışarlar. Qısacası, Allahdan başqa güc və təsir sahibi sandıqları saysız saxta ilahlar qəbul edərlər. Ağıllarını istifadə etmədikləri üçün bütün bu saxta ilahları da, onların etdiklərini də Allahın yaratdığını və Allahın diləməsi və əmri olmadan heç bir şey edə bilməyəcəklərini, heç bir şeyə güclərinin çatmayacağını görə bilməzlər.
Bu yanlış minnətdarlıq hissi duyğusal insanlarda acizliyə səbəb olar. Özlərinə minnət etdikləri kəslər (məsələn: müdirləri, bir ailə başçıları, zəngin bir qohumları kimi) qarşısında özlərini aciz hiss edər, bunu hərəkət və sözləri ilə bildirərlər. Bir möminə əsla yaraşmayan bu rəftar, romantizmin insanlara verdiyi saysız çətinlikdən biridir.

Özünə Qapanmaq

Duyğusallıq bəzi insanlarda özünə qapanmaq- insanlarla ünsiyyət qura bilməmək şəklində özünü göstərər. Bu cür duyğusallıqda olan adam yalnız öz dünyasında yaşayar, yalnız öz problemləri ilə maraqlanar və ətrafında olanlara qarşı laqeyd olar. Quranda əmr edilən güclü bir şəxsiyyətə sahib olmadığından xarici dünyada baş verənlərə qarşı iradə və güc göstərə bilməz, qarşısına çıxan problemlərin öhdəsindən gələ bilməz, daim aciz, çarəsiz və müvəffəqiyyətsiz bir quruluşa sahib olar. Təvəkkülü, Allaha güvənməyi, Allaha yönəlib Ondan kömək istəməyi düşünmədiyi üçün, özünü dünyada yalqız və qorumasız hiss edər. Buna görə öz içində yaratdığı xəyal dünyasının xaricinə çıxmaqdan qorxar.
blonde womansad
Duygusal insanların, içlerine kapalı, bunalımlı ve yalnız halleri dinle bağdaşmayan bir ruh halidir. Allah insanları tevekküle ve huzura çağırmaktadır.
Duyğusallığın səbəb olduğu bu melanxolik hal bu tip insanları depressiyaya salar. Özünü insanlardan təcrid etmək, stress, mənəvi pozuqluq, əsəbi gərginlik keçirmək, yas tutmaq, depressiyaya düşmək, intihar düşüncələri duyğusal insanlar tərəfindən təbii qarşılanan rəftarlardır. Məsələn, yoldaşının etdiyi bir zarafatdan inciyən bir gənc qız bütün gecəni ağlayaraq keçirməyi, bütün axşam yoldaşının bu sözü üzərinə düşünməyi məqbul görə bilər. Bir başqası üçün isə saçının ağarması, fiziki bir qüsurunun olması depressiyaya düşməsinə kifayət edər. Gözü niyə başqa rəngdə deyil, boyu niyə bir az daha uzun deyil kimi onlarla, yüzlərlə sual zehnini məşğul edərək onun üçün problemə çevrilər. Bütün bunlar üçün də canı sıxılar, kədərlənər.
news
1) The Indian Express, 08.07.2000,
2)
 The Daily Telegraph, 28.04.2000,
3) Irish Mirror, 13.07.2000,
4) Daily Record, 27.09.1995,
5) The Daily Telegraph, 28.04.2000,
6) The Daily Telegraph 12.04.2002, 
7)
 The Daily Telegraph 17.05.1997
Bu cür insanlarda "düşünmək" adı altında hüznlü şeirlər yazmaq, saatlarla divara baxaraq xəyal qurmaq, yağışda gəzmək, dərin-dərin iç çəkmək, uzaqlara dalmaq, çiyinə söykənib ağlamaq, gözləri dolaraq, səsi titrəyərək danışmaq kimi rəftarlar tez-tez nəzərə çarpar. Bəziləri "fikir dağıtma" adı altında həddindən artıq içki və siqaret çəkər. Nəticədə bunların hamısı qaranlıq bir dünyaya aid daxili çətinliyə, narahatlığa, ruhən və cismən qeyri-sağlam bir həyat sürmələrinə səbəb olar. Hamısından əhəmiyyətlisi isə Allahın bəyənmədiyi bir əxlaqı yaşamış, Onun məmnun olmadığı bir həyatı mənimsəmiş olarlar.
cryingcrying Singer
Gençlerin, kimi zaman sevdikleri pop yıldızlarına duydukları aşırı hayranlığı düşünüp, bunalımlı bir ruh haline girmeleri de duygusallığın bir çeşitidir. Kimi zaman bu duygusallık öyle aşırı davranışlara sebep olur ki, konserlerde "ayılıp bayılan", kendinden geçip hastaneye kaldırılan gençlerin görüntüleri zaman zaman televizyon ekranlarına, gazete sayfalarına yansır.
Bu cür insanlar əlbəttə, ömürləri boyunca özlərini otaqlarına bağlayıb yaşamazlar. Digər insanlarla birlikdə ictimai həyatın içində də olar, amma şəxsiyyət pozuqluqlarını cəmiyyət içində də davam etdirərlər. Ümumiyyətlə, küsəyən və kövrək bir quruluşa sahibdirlər. Hər sözün onların əleyhinə olduğunu düşünər, heç nəzərdə tutulmayan mənaları özlərinə götürərlər. Tez-tez hər şeyi özlərinə aid edər, küsərlər. Adi bir hadisə qarşısında gözləri dolar, gizli-gizli ağladıqları belə olar.
red ribbon
Önceleri duygularının etkisine girerek, içine kapalı, çekingen ve bunalımlı bir hayat süren insanların bazen tüm ahlaki değerlerini bir kenara atarak, sapkın, azgın ve sınır tanımaz bir yaşantı içine girdikleri görülür. Homoseksüellerin yaptığı bir yürüyüşü gösteren yandaki resimde, bu tür ahlaksızlığın bir örneği sergilenmektedir.
Kişilərdəki duyğusal quruluş zamanla daha geniş ölçülü azmalara, ruh sağlığında meydana gələn ciddi pozuqluqlara, "qadın kimi" rəftar və hərəkətlərə, cinsi sapmalara, homoseksual meyllərə qədər vara bilər. Duyğusal insanlar daxili dünyalarında yaşatdıqları azğın şəxsiyyətlərini mühitin və ətrafın vəziyyətinə görə gizli, ya da aşkar şəkildə edə bilərlər. Uyğun mühit və fürsət tapdıqlarında gizlətdikləri komplekslərini, azğınlıq, sərhəd tanımazlıq, heç bir əxlaq və dəyər mühakiməsi tanımama şəklində göstərə bilərlər. Məsələn, duyğusal, hüznlü, içinə bağlı bir kimsənin bir gün birdən azğın bir homoseksual olaraq ortaya çıxması dövrümüzdə cəmiyyətlərin alışdığı vəziyyətdir. Allah Quranda bu cinsi azğınlığın çirkin bir həyasızlıq olduğuna Hz.Lutun qövmü üçün bildirdiyi aşağıdakı ayələrlə diqqət çəkmişdir:
Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.” (Əraf surəsi, 80-81)
Şübhəsiz, bütün bu azğın rəftarlar insanların Allahın yolundan azmalarının, istək və ehtiraslarına əsir olaraq şeytanın arxasından sürünmələrinin bir nəticəsidir. Allah insanları Quranda belə xəbərdar etmişdir:
… şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir. O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir. (Bəqərə surəsi, 168-169)
emotions
Akıl ve mantıktan uzaklaşan insanlar artık tamamen duygularının kontrolüne girerek, sapkın bir hayat yaşamaya başlarlar.
Bura qədər saydığımız bütün duyğusallıq növləri ağılı tərk edib duyğularından asılı yaşayan hər kəsdə müəyyən dərəcədə mövcuddur. Ancaq şərtlərə və insanlara görə fərqli formalarda özünü göstərər. Məsələn, hirsli, əsəbi, qeyri-stabil bir kimsə özünə nə qədər sərt və əsəbi bir görünüş verməyə çalışsa da, əslində duyğusallığını və acizliyini əsəbilik örtüyü altında gizləyir. Belə bir kimsə gözlənilmədən bir anda ağlayıb-sızlamağa başlaya bilər, özünü hörmətdən salan vəziyyətlərə sala bilər. Qısacası, bir insan iman etmirsə və iman edənlərin sahib olduğu ağıla sahib deyilsə, bir ağıl və xarakter zəifliyi olan duyğusallığı içində daşıyar, mühit və şərtlərə, qarşısına çıxan hadisələrə görə bu duyğusallığı müxtəlif qeyri-stabil və şəxsiyyət pozuqluqları şəklində göstərər.
Duyğusallıq ancaq iman edən, Allahdan qorxan və ağıllı davranan möminləri təsiri altına ala bilməz. Şeytanın ixlaslı möminlərə qarşı heç bir təsiri olmadığı üçün duyğusallıq silahını möminlərə qarşı istifadə edə bilməz. Allah Hicr surəsinin 42-ci ayəsində şeytana " Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur..." buyurmuşdur. Bu səbəblə möminlər imanlarından, Qurana bağlılıqlarından və ağıllarından qaynaqlanan möhkəm, güclü, stabil və iradəli bir şəxsiyyətə sahibdirlər.
Duyğusallığın cəmiyyətlərdə ən çox görünən, hətta ən ciddi növlərindən biri də romantik sevgi anlayışıdır. Romantik sevgi anlayışının insanlar arasında fərqli növləri yaşanır. Ailədaxili əlaqələrdən yoldaşlıq və dostluq əlaqələrinə qədər uzanan bu romantik sevgi anlayışının əlbəttə ki, ən çox yaşanan forması qadın-kişi əlaqələridir.
Romantik sevgi anlayışı romantikliyin bəlkə də ən məşhur və azğın növü olduğundan, bu mövzunu ayrı bir hissə olaraq təhlil edəcəyik.

Dipnotlar

13.Narrated by Abu Huraira, Bukhari, Muslim, Ideal Woman in Islam, by Imran Muhammad.
14.Sahih Bukhari, vol 8, no. 135